2 yaşlı uşaq ölmüş valideynləri ilə mənzildə bir neçə gün keçirdi - FOTO


09.06.2019 21:28
174
2 yaşlı uşaq ölmüş valideynləri ilə mənzildə bir neçə gün keçirdi - FOTO

Bir çox yazıçının fantaziyasından kənar insanlıq dramı gözümüzün önündə baş verib.


Ekspress.az xəbər verir ki, Zaporojye şəhərində qeydə alınan hadisə görənləri dəhşətə gəritib.


Qorxunc faciə Zaporojyenin Kommunarskaya rayonunda baş verib. Şübhələrdən sonra polisə zəng vurulur və hadisə yerinə gələn qanun qoruyucularının gözləri bərəlir. Onlar artıq iy verməyə başlayan asılmış kişinin və şikəst edilmiş qadının cəsədini görürlər. Cəsədlərin yanında isə balaca uşaq bərkdən ağlayırdı...


İstintaq zamanı məlum olub ki, uşağın atası arvadını öldürüb, sonra isə özünü asaraq intihar edib.


KİV-in məlumatına görə, tavana 2 ilmə bağlanılıb. Kişi öz 2 yaşlı oğlunu da öldürməyə cəhd edib, lakin bu əməl alınmayıb (milli.az). Belə ki, uşağı ilməyə bağlamağa çalışarkən taburetka onun ayağının altından qaçıb, özü asılıb, uşaq isə əlindən yerə düşüb.


Bir neçə gün ölü valideynləri ilə mənzildə qalan uşaq dərhal xəstəxanaya çatdırlıb.


Hazırda cinayətin motivləri müstəntiqlər tərəfindən müəyyən edilir.


Qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND