Gürcüstanda azərbaycanlıların yaşadığı rayonda yeni uşaq bağçaları açılıb


01.04.2019 14:29
248
Gürcüstanda azərbaycanlıların yaşadığı rayonda yeni uşaq bağçaları açılıb

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunun Kosalı və Nəzərli kəndlərində yeni uşaq bağçaları istifadəyə verilib.


Ekspress.az xəbər verir ki, Kosalı kəndindəki bağçada 60 uşaq təlim-tərbiyə olunacaq.

Müəssisədə 11 yerli sakin işlə təmin olunub.


Nəzərli kəndindəki uşaq bağçası isə 70-ə yaxın uşaq üçün nəzərdə tutulub. Onların təlim-tərbiyəsi ilə 11 tərbiyəçi məşğul olacaq.


Uşaq bağçalarının tikilməsinə yerli büdcədən 41 187 lari (15 min dollardan çox) vəsait ayrılıb.


Müəssisələrin açılış mərasimində Kvemo Kartli (Borçalı) bölgəsinin qubernatoru Şota Rexviaşvili, Qardabani rayonunun icra başçısı Ramaz Budaqaşvili və digər rəsmi şəxslər iştirak ediblər.


Yaxın gələcəkdə Qardabani rayonunun Kalinino, Candar və Qaracalar kəndlərində də yeni uşaq bağçaları açılacaq. 2019-cu ildə rayonda 5 uşaq bağçasının inşası planlaşdırılır.


Ekspress.az