"Cənub Qaz Dəhlizinin icrası ölkəmizin uzunmüddətli inkişafını təmin edəcək"

20.03.2019 11:54
113
"Cənub Qaz Dəhlizinin icrası ölkəmizin uzunmüddətli inkişafını təmin edəcək"

"May ayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur. Bu, tarixi layihədir. Bu layihənin icrası ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək, bizim siyasi və iqtisadi maraqlarımızı qoruyacaq".


Bu fikirləri Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində söyləyib.


Dövlətimizin başçısı qeyd edib ki, may ayında digər böyük layihə istifadəyə verildi, biz Ələt Beynəlxalq Dəniz Ticarət Limanının açılışını qeyd etdik:


"Bu limanın və 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başlaması Azərbaycanı Avrasiya məkanında önəmli beynəlxalq nəqliyyat mərkəzinə çevirib (Azərtac). Biz bu gün uğurla Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəaliyyətinə təkan veririk. Azərbaycan hər iki layihədə uğurla fəaliyyət göstərir.


Deyə bilərəm ki, bu layihələrdə 10-dan çox ölkə iştirak edir, ancaq yalnız bir ölkə - Azərbaycan həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizlərində fəal iştirak edir və bir çox təşəbbüslərin müəllifi olmuşdur".


Ekspress.az

  • SON XƏBƏR
  • TREND