2000 il əvvəl ağıllı telefonlar olub? – İlginc tapıntı/Fotolar

10.09.2019 14:09
128
2000 il əvvəl ağıllı telefonlar olub? – İlginc tapıntı/Fotolar

Rusiyanın Tuva Muxtar Respublikasında arxeoloji qazıntılar zamanı günümzdəki ağıllı telefonlara oxşar əşya tapılıb.


Ekspress.az xəbər verir ki, “Rus Atlantidası” adlandırılan ərazidə yerləşən Nataşa adlı bir qadının məzarından tapılan əşyanın 2137 il yaşının olduğu bildirilib.


Əslində isə üzərində bugünkü mobil telefonlardakı tuşlara oxşayan nöqtələr olan əşyanın Çin ustaları tərəfindən hazırlanmış bir kəmər aksessuarı olduğu təsbit olunub.

Tarixi əsər 2016-cı ildə aşkar olunsa da, məlumat ictimaiyyətə yeni açıqlanıb.


(publika)


Ekspress.az