ABŞ -ın bütün maliyyə sistemi çökə bilər - TƏHLİL

15.02.2019 14:33
444
ABŞ -ın bütün maliyyə sistemi çökə bilər - TƏHLİL

ABŞ dövlət borcu 22 trilyon dolları keçib. Bu, ölkədə tarix boyu ən yüksək göstəricidir.


Ekspress.az -ın məlumatına görə, Trampın hakimiyyəti dövründə dövlət borcu rekord templə artır - bir ilə bir trilyon. Amerika iqtisadçıları qeyd edirlər ki, proses daha da ağırlaşacaq. Belə ki, hakimiyyətin xərcləri heç cür nəzarət olunmur. ABŞ mövcud vəziyyətlə bacara bilərmi? Borc piramidası dağılsa, necə olacaq?

 

Hələ, Ağ evin əvvəlki sahibi Barak Obama ABŞ -ın xarici borcunu fəal artırmağa başlamışdır. Onun prezident olduğu 8 ildə borc öhdəliklərinin məbləği, demək olar ki, 2 dəfə artdı. 10,6 trilyon dollardan 19,9 trilyon dollara qədər çatmışdır. Əsasən bu ona görə baş verib ki, 2008-ci il böhranından sonra Obamanın konqress və administrasiyası zəifləmiş iqtisadiyyatı möhkəmlətmək üçün stimullaşdırıcı tədbirlər paketini dəstəklədilər.

 

2016-cı il seçkiqabağı kompaniya zamanı respublika namizədi əmin etdi ki, o, böyük borc problemini həll edəcək və 8 il müddətində borc yox olacaq. Hələ ki, bunun əksi alınır. Dövlət borcu son altı il ərzində ən yüksək templə artır. Ancaq iki ilə borc iki trilyon dollar artıb.

“Bloomberg”in hesablamalarına görə, sonrakı iki ildə borcun üstünə 4,4 trilyon da gələcək.


Qeyd edək ki, ötən ilin sonunda Tramp yenə də dövlət borcunun tam ödəniləcəyinə söz verdi. Lakin iqtisadçılar bildirir ki, büdcə ilə bağlı vəziyyət pisləşdiyi üçün borc öhdəlikləri əvvəlki kimi artacaq.


ABŞ –ın 2018-ci maliyyə ili üzrə büdcə kəsiri 17 faizə qədər artıb və 779 milyard dollara çatıb. Bu, 2012-ci ildən qeyd olunan maksimum göstəricidir. Konqresin büdcə idarəçiliyinin proqnozlarına görə, bu il o 15,1 faiz artaraq 897 milyard dollara qədər çatacaq. 2022-ci ildə bu rəqəm trilyonu keçəcək və daha bu səviyyədən aşağı düşməyəcək. Defisitin öhdəsindən gəlmək üçün Vaşinqton daha çox borc almağa məcbur qalacaq. Nəticədə borc yükü nəzarətdən çıxa bilər.

 

Hələ keçən yayda respublikaçı konqresmen Endi Biqqs xatırlatdı ki, büdcədən ayırmalar 700 milyardı keçməməlidir, büdcənin indiki proporsional olmayan yüksək xərcləri “borc yanğını” üçün yanacaq rolunu oynayır.

 

“Ölkə qazandığından çox xərcləyir və borc götürməyə məcburdur. Düşünürəm, biz uçuruma doğru gedirik” – o, vurğuladı. Konqresmenin hesablamalarına görə, problemi həll etmək üçün Amerika hakimiyyəti üçün 10 ildən çox vaxt qalmayıb. Hətta borcun 2026-cı ilə qədər belə, sürətlə artacağı gözlənilir. ABŞ -ın bütün maliyyə sistemi çökə bilər.


"USA Today" qeyd edib ki, dövlət borcunun yüksək tempdə artması ötən ilki yeni vergi reformları, eləcə də müdafiə üçün xərclərin artırılması ilə əlaqədardır. ABŞ-ın tarixində ən böyük vergi reformu haqqında qanunu Trampın əsas seçkiqabağı verdiyi vədlərdən idi və bu qanunu o, 2017-ci ilin dekabrında imzalamışdır. İlk növbədə bu biznes sahəsində vergi yükünü yüngülləşdirdi.


Ağ ev vergilərin azaldılması nəticəsində iqtisadi inkişafın sürətlənəcəyini əmin etsə də, iqtisadçılar bu fikri dəstəkləməyib. Əksinə vergilərin azaldılması iqtisadi artımda maneə rolunu oyanayacaq, borcun daha da artmasına gətirib çıxaracaq.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND