"Barselona"dan növbəti qələbə - FOTO

13.01.2019 23:23
459
"Barselona"dan növbəti qələbə - FOTO

Futbol üzrə İspaniya çempionatında lider "Barselona" Kamp Nouda "Eybar"ı qonaq edib.


Ekspress.az xəbər verir ki, oyun katalonların 3-0 hesablı qələbəsi ilə başa çatıb.


Qolları "Barselona"nın heyətində Luis Suares (19, 59) və Lionel Messi (53) vurub.


Bu qələbə ilə növbəti 3 xalını qazanan Kataloniya klubu 43 xalla turnir cədvəlində liderliyini davam etdirir.


Qeyd edək ki, bu matç Lionel Messi üçün də əlamətdar olub. Belə ki, argentinalı ulduz La Liqa tarixində 400-cü qoluna imza atıb.


AQİL