Bu il bal bol olacaq

25.05.2019 12:05
149
Bu il bal bol olacaq

Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Aydın Qədiməliyev bu il rayondakı arıçılıq təsərrüfatlarından 300 tondan çox bal əldə ediləcəyini proqnozlaşdırdıqlarını bildirir. Ötən il isə bu rəqəm 150 ton təşkil edib.

 

“Dövlət tərəfindən subsidiyanın verilməsi hər bir arıçını təsərrüfatını genişləndirməyə sövq edir. Bu da ölkəmizdə məhsul bolluğunun yaranmasına gətirib çıxarır. Mən ixracla məşğul olan şirkətlərə səslənərək bildirmək istəyirəm ki, bu il bal bol olacaq. Ona görə də Azərbaycandan xaricə bal ixracı istiqamətində fəaliyyətlərini artıra bilərlər”, - deyə A.Qədiməliyev söyləyib.

 

Quba rayonunun əlverişli təbii-iqlim şəraiti, zəngin yem ehtiyatları və qiymətli cinslərə malik arı genofondu arıçılığın inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır (Azərtac). Hazırda rayondakı təsərrüfatlarda 20 minə yaxın arı ailəsi saxlanılır.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND