Rusiyada benzin BAHALAŞDI

19.06.2019 09:30
71
Rusiyada benzin BAHALAŞDI

Rusiyada benzinin qiyməti sabit qalmır. Statistika komitəsinin (Rosstat) məlumatına görə, mayda qonşu ölkədə yanacağın qiyməti 17,5 faiz artıb.


Ekspress.az xəbər verir ki, bahalaşma bir çox neft-qaz məhsullarından da yan keçməyib. Məsələn, propanın, butanın, neft koksunun qiymətində də yüksəlmə var.


“Rosstat” ayrı-ayrı bölgələr üzrə qiymət qrafikini təqdim edib. Ən çox Kızıl şəhərində yüksəlmə olub (1,4 faiz). Kostromada, Çitada da qiymət artıb. Azalma isə daha çox Sevastopolda, Qorno-Altayskda, Simferopolda olub (unikal.org).


Moskva və Sankt-Peterburqda da artım qeydə alınıb. Təkcə son bir həftədə Rusiyanın əsas şəhərlərində 0,3 faiz qiymət fərqi yaranıb.


Ekspress.az


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND