Messi het-trik etdi, "Barselona" qalib gəldi - FOTO

23.02.2019 22:58
437
Messi het-trik etdi, "Barselona" qalib gəldi - FOTO

İspaniya La Liqasının 25-ci turunda lider "Barselona" səfərdə "Sevilya"ya qonaq olub.


Ekspress.az xəbər verir ki, bu maraqlı idman mübarizəsində gülən tərəf katalonlar olub.


Matçda hesab 22-ci dəqiqədə açılıb. Xesus Navas "Sevilya"nı 1-0 önə çıxarıb. Lakin bundan 4 dəqiqə sonra "Barselona"nın kapitanı Lionel Messi hesbda tarazlıq yaradıb. 42-ci dəqiqədə "Sevilya" Qabriel Merkadonun qolu ilə yenidən önə çıxıb.


Qarşılaşmanın ikinci hissəsində Lionel Messi dubl edərək hesaba yenidən tarzalıq gətirib. 85-ci dəqiqədə argentinalı ulduz het-trikini rəsmiləşdirib. Oyunda son nöqtəni Luis Suarez qoyub. 90+3-cü dəqiqədə uruqvaylı forvard Messinin ötürməsini qola çevirib.


"Sevilya" - "Barselona" - 2-4.


Bu nəticə ilə "Barselona" xalını 57-yə çatdıraraq liderliyini davam etdirir. "Sevilya" isə 37 xalla 5-ci sıraya yuvarlanıb.


Qeyd edək ki, La Liqanın 26-cı turunda "Barselona" səfərdə əzəli rəqibi "Real Madrid", "Sevilya" isə "Ueska" ilə qarşılaşacaq.


AQİL

Açar sözlər: