Avstriyada keçirilən parlament seçkilərində bu partiya qalib gəlib

30.09.2019 10:20
124
Avstriyada keçirilən parlament seçkilərində bu partiya qalib gəlib

Avstriyada keçirilən növbədənkənar parlament seçkilərində Sebastian Kurtsun rəhbərlik etdiyi “Avstriya Xalq Partiyası” rəqiblərini üstələyərək qalib gəlib.


Ekspress.az xəbər verir ki, bu barədə seçki prosesinə cavabdeh olan Daxili İşlər Nazirliyinin saytında məlumat verilib.


“Avstriya Xalq Partiyası” 38,4 faiz, “Avstriya Sosial-Demokratlar Partiyası” 21,5 faiz, sağçı “Avstriya Azadlıq Partiyası” isə 17,3 faiz səs toplayıb.

Nəticələrə hələ erkən səs vermə daxil edilməyib.


Mümkün bir koalisiya ilə bağlı bir sualı cavablandıran Kurts, parlamentdə təmsil olunan bütün partiyalarla danışıqlar aparmağa hazır olduğunu bildirib.


O, partiyanın yaxşı bir nəticəyə ümid etdiyini, lakin bu qədər yüksək faiz toplayacağını gözləmədiyini qeyd edib.


Ekspress.az

Açar sözlər: