Baba dənizdə boğulan nəvəsini xilas etmək istədi - Özü də boğuldu


17.07.2019 09:41
192
Baba dənizdə boğulan nəvəsini xilas etmək istədi - Özü də boğuldu

Bakıda baba və nəvə dənizdə boğulub.


Ekspress.az xəbər verir ki, hadisə Qaradağ rayonunun Ələt qəsəbəsində qeydə alınıb.


Belə ki, 2004-cü il təvəllüdlü Ləman Orucova Xəzər dənizində çimərkən boğulub. Bunu görən 70 yaşlı Əmrağa Orucov nəvəsini xilas etmək istəyib, ancaq özü də boğularaq ölüb.

Faktla bağlı araşdırma başlayır (report).


Ekspress.az