Birjada 20 milyon manatlıq ipoteka istiqrazı satılacaq

09.10.2018 14:48
159
Birjada 20 milyon manatlıq ipoteka istiqrazı satılacaq

2018-ci ilin oktyabrın 11-də Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 20 milyon manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Fonddan verilən məlumata əsasən, istiqrazlar 1 003.6667 manat qiyməti ilə satışa çıxarılacaqdır.


Məlumat üçün bildirək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 02 avqust 2018-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 60 milyon manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir

.

Buraxılışın 20 milyon manat təşkil edən ilk emissiyası cari ilin 28 avqust tarixində yerləşdirilib.


Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND