Müs­tə­qil­lik döv­rün­də di­as­por və lob­bi­çi­lik si­ya­sə­ti

13.11.2018 17:50
327
Müs­tə­qil­lik döv­rün­də di­as­por və lob­bi­çi­lik si­ya­sə­ti

1920-ci Xalq Cüm­hu­riy­yə­ti­nin sü­qu­tu və onun qu­ru­cu­la­rı və tə­rəf­dar­la­rı­nın cid­di təz­yiq­lə­rə mə­ruz qal­ma­sı azər­bay­can­lı­la­rın küt­lə­vi miq­ra­si­ya­sı döv­rü ki­mi ta­ri­xə dü­şüb. Əs­lin­də bu pro­ses xa­rak­ter eti­ba­rı ilə da­ha çox si­ya­si ma­hiy­yət kəsb edir.


Ta­rix­çi-alim Xa­ləd­din İb­ra­him­li qeyd edir ki, bü­töv­lük­də 1920-ci il­dən son­ra ay­rı-ay­rı dövr­lər­də Azər­bay­can­dan mü­ha­ci­rə­tə ge­dən­lə­ri dörd qis­mə böl­mək olar: "Bi­rin­ci qis­mə hə­lə 27 ap­rel­dən əv­vəl H.Ağa­ye­vin rəh­bər­li­yi ilə Tif­li­sə, Ə.M.Top­çu­ba­şo­vun rəh­bər­li­yi ilə Pa­ri­sə gön­də­ri­lən nü­ma­yən­də he­yət­lə­ri, ey­ni za­man­da, ADR döv­rün­də təh­sil al­maq üçün Av­ro­pa­ya gön­də­ri­lən 80-ə ya­xın tə­lə­bə, ikin­ci qis­mə 27 ap­rel iş­ğa­lı ərə­fə­sin­də və on­dan az son­ra öl­kə­ni tərk edən­lər, üçün­cü qis­mə II Dün­ya mü­ha­ri­bə­si baş­la­ya­na qə­dər tə­qib­lər­dən, rep­res­si­ya­lar­dan ya­yı­nan­lar, sür­gün­dən, həbs­xa­na­dan qa­çan­lar, dör­dün­cü qis­mə isə II Dün­ya mü­ha­ri­bə­sin­də əsir dü­şən və kö­nül­lü ola­raq al­man­la­rın tə­rə­fi­nə ke­çən­lər­dən, və­tə­nə qa­yıt­maq­dan im­ti­na edib xa­ric­də qa­lan­lar da­xil idi".


Onu da qeyd edək ki, di­as­por qu­ru­cu­lu­ğu, lob­bi­çi­lik və dün­ya azər­bay­can­lı­la­rı­nın həm­rəy­li­yi ki­mi məf­hum­lar ulu ön­dər Hey­dər Əli­ye­vin ikin­ci də­fə si­ya­si ha­ki­miy­yə­tə gəl­dik­dən son­ra döv­lət si­ya­sə­tin­də xü­su­si yer tut­ma­ğa baş­la­dı. O, çox gö­zəl ba­şa dü­şür­dü ki, Azər­bay­ca­nın haqq sə­si­nin dün­ya­ya çat­dı­rıl­ma­sın­da yal­nız rəs­mi dip­lo­ma­tik üsul­lar­la ki­fa­yət­lən­mək müm­kün de­yil.

Ulu ön­dər ey­ni za­man­da gö­rür­dü ki, Dağ­lıq Qa­ra­bağ ki­mi cid­di bir prob­le­mi olan döv­lə­tin iş­ğal­çı Er­mə­nis­ta­na qar­şı mü­ba­ri­zə­nin tri­bu­na­la­ra apa­rıl­ma­sı yol­la­rın­dan bi­ri də lob­bi­çi­lik və di­as­por fəa­liy­yə­ti­dir.


1991-ci il­də Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı Ali Məc­li­si­nin səd­ri Hey­dər Əli­yev dün­ya azər­bay­can­lı­la­rı ara­sın­da bir­li­yin da­ha da möh­kəm­lən­di­ril­mə­si­nin əhə­miy­yə­ti­ni nə­zə­rə ala­raq, de­kab­rın 31-ni Nax­çı­van Ali Məc­li­sin­də Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­li­yi Gü­nü elan et­di. Tək­lif yek­dil­lik­lə qə­bul olun­du və Azər­bay­can Ali So­ve­ti­nə də ey­ni ad­dı­mın atıl­ma­sı töv­si­yə edil­di. Bun­dan baş­qa, Hey­dər Əli­yev ilk də­fə ola­raq 1997-ci ilin mar­tın­da Pre­zi­den­tin İc­ra Apa­ra­tı ic­ti­mai-si­ya­si şö­bə­sin­də xa­ric­də ya­şa­yan soy­daş­la­rı­mız­la əla­qə­lər üz­rə sek­to­ru da ya­rat­dı. Da­ha son­ra isə dün­ya azər­bay­can­lı­la­rı­nın bir­lik və həm­rəy­li­yi­ni tə­min et­mək məq­sə­di­lə 2001-ci il ma­yın 21-də Ba­kı şə­hə­rin­də Dün­ya Azər­bay­can­lı­la­rı­nın I Qu­rul­ta­yı­nın ke­çi­ril­mə­si haq­qın­da sə­rən­cam im­za­lan­dı.


2003-cü il­də pre­zi­dent se­çi­lən İl­ham Əli­yev də di­as­por və lob­bi­çi­lik mə­sə­lə­si­nə xü­su­si önəm ver­di. Xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın təş­ki­lat­lan­ma­sı, on­la­rın va­hid ide­ya ət­ra­fın­da bir­ləş­di­ril­mə­si si­ya­sə­ti­ni mü­vəf­fə­qiy­yət­lə da­vam et­dir­di.


Eks­pert­lə­rin fik­rin­cə, Azər­bay­can di­as­po­ru­nun ötən dövr­də qa­zan­dı­ğı ən mü­hüm nai­liy­yət­lər­dən bi­ri də dün­ya­nın müx­tə­lif öl­kə­lə­rin­də fəa­liy­yət gös­tə­rən türk di­as­por təş­ki­lat­la­rı ilə sə­mə­rə­li əmək­daş­lıq əla­qə­lə­ri qur­ma­sı­dır. Bu əla­qə­lər hər iki öl­kə­nin prob­lem­lə­ri­nin, xü­su­si­lə Azər­bay­can hə­qi­qət­lə­ri­nin da­ha ef­fek­tiv təb­li­ği­nə im­kan ya­ra­dır ("di­as­po­ra.az").


Azər­bay­can Pre­zi­den­ti­nin ic­ti­mai-si­ya­si mə­sə­lə­lər üz­rə kö­mək­çi­si Əli Hə­sə­nov bil­di­rir ki, Azər­bay­can döv­lə­ti xa­ric­də ya­şa­yan soy­daş­la­rı­mı­za hər za­man da­yaq olub və bun­dan son­ra da dəs­tə­yi­ni əsir­gə­mə­yə­cək: "Müa­sir dövr­də qə­lə­bə­lər tək hərb yo­lu ilə de­yil, həm də si­ya­si-in­tel­lek­tu­al va­si­tə­lər­lə tə­min edi­lir. Bu sa­hə­də ma­lik ol­du­ğu­muz va­cib re­surs­lar­dan bi­ri də xa­ri­ci öl­kə­lər­də ya­şa­yan həm­və­tən­lə­ri­miz və on­la­rın ya­rat­dıq­la­rı təş­ki­lat­lar­dır. Ona gö­rə də Azər­bay­can di­as­po­ru, o cüm­lə­dən Av­ro­pa­da­kı ic­ma­lar öz fəa­liy­yə­ti­ni da­ha da ge­niş­lən­dir­mə­li, iş­lə­rin ko­or­di­na­si­ya­sı­nı və dost öl­kə­lə­rin ana­lo­ji təş­ki­lat­la­rı ilə əla­qə­lə­ri­ni güc­lən­dir­mə­li­dir­lər. Di­as­por nü­ma­yən­də­lə­ri öl­kə­miz­lə bağ­lı mə­lu­mat­la­rın, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nə da­ir hə­qi­qət­lə­rin Av­ro­pa ic­ti­ma­iy­yə­ti­nə da­ha çe­vik və dol­ğun çat­dı­rıl­ma­sı, mə­də­niy­yə­ti­mi­zin təb­li­ği və baş­qa is­ti­qa­mət­lər­də ye­ni me­tod və va­si­tə­lər­dən sə­mə­rə­li is­ti­fa­də et­mə­li­dir­lər. Ümum­mil­li li­der Hey­dər Əli­ye­vin si­ya­si ha­ki­miy­yə­tə qa­yı­dı­şın­dan son­ra xal­qı­mız öz qəd­di­ni dü­zəlt­di, da­xi­li po­ten­sia­lı­na gü­və­nə­rək güc­lü və müa­sir döv­lət qur­du. Ötən il­lə­rin təc­rü­bə­si bir da­ha gös­tər­di ki, Pre­zi­dent İl­ham Əli­ye­vin da­xi­li və xa­ri­ci si­ya­sə­ti tam özü­nü doğ­rult­du. Bu­ra bey­nəl­xalq sə­viy­yə­li mö­tə­bər məc­lis­lər­də döv­lət baş­çı­sı­nın cə­sa­rət­li çı­xış­la­rı­nı da əla­və et­sək, on­da öl­kə­mi­zin yük­sək rey­tinq qa­zan­ma­sı­nın tə­sa­dü­fi ol­ma­dı­ğı bir da­ha üzə çı­xa­caq. Tə­bii ki, bu­ra di­as­por təş­ki­lat­la­rı­nın son il­lər ki­fa­yət qə­dər ak­tiv­ləş­mə­si fak­to­ru­nu da əla­və et­mək olar".


Eks­pert­lə­rə gö­rə, Azər­bay­can­da ke­çi­ri­lən bey­nəl­xalq mə­də­niy­yət­lə­ra­ra­sı dia­loq fo­rum­la­rı, hu­ma­ni­tar fo­rum­lar dün­ya ilə mə­də­ni əla­qə­lə­ri­mi­zin gə­lə­cək in­ki­şa­fı üçün ge­niş pers­pek­tiv­lər açır. Bu ba­xım­dan da öl­kə­mi­zə müx­tə­lif öl­kə­lə­rin keç­miş və fəa­liy­yət­də olan döv­lət və hö­ku­mət baş­çı­la­rı, alim­lə­ri, ic­ti­mai, si­ya­si və mə­də­niy­yət xa­dim­lə­ri­nin gə­li­şi lob­bi­çi­li­yin ən üst sə­viy­yə­li tər­kib his­sə­lə­rin­dən bi­ri­dir. Bun­dan baş­qa, Azər­bay­can di­as­po­ru­nun öl­kə­mi­zin mə­də­niy­yə­ti­nin təb­li­ği is­ti­qa­mə­tin­də gör­dü­yü iş­lər nə­ti­cə­sin­də dün­ya­nın ək­sər öl­kə­lə­rin­də gör­kəm­li elm və mə­də­niy­yət xa­dim­lə­ri­miz ba­rə­də dol­ğun fi­kir for­ma­la­şıb, on­la­rın əsər­lə­ri ge­niş təb­liğ edi­lib.


Bu cə­hət­dən Fran­sa ilə əla­qə­lə­rin in­ki­şa­fı da­ha təq­di­rə­la­yiq­dir. "Araz" Fran­sa-Azər­bay­can Mə­də­ni Əla­qə­lər As­so­sia­si­ya­sı 2006-cı il­də Pa­ris­də tə­sis edi­lib. As­so­sia­si­ya­nın əsas məq­sə­di mə­də­ni təd­bir­lər və xey­riy­yə ak­si­ya­la­rı təş­kil et­mək, Fran­sa­da fəa­liy­yət gös­tə­rən baş­qa mə­də­ni və di­ni ic­ma­lar­la sıx əla­qə­lər qur­maq­dır. Təş­kil olun­muş təd­bir­lər za­ma­nı Azər­bay­ca­nın ta­ri­xi, ədə­biy­ya­tı, mə­də­niy­yə­ti, mu­si­qi­si, Dağ­lıq Qa­ra­bağ mu­na­qi­şə­si və Fran­sa­da məs­kun­laş­mış azər­bay­can­lı­lar­la bağ­lı ət­raf­lı mə­lu­mat ve­ri­lir və əv­vəl­cə­dən ha­zır­lan­mış film­lər nü­ma­yiş et­di­ri­lir.


Ye­ri gəl­miş­kən, Ni­der­lan­dın Ams­ter­dam şə­hə­rin­də Azər­bay­can di­li­nin təd­ris edi­lə­cə­yi mək­təb möv­cud­dur. Hər ba­zar gü­nü 4 sa­at Azər­bay­can di­li­nin təd­ris olun­du­ğu mək­təb­də bu öl­kə­də ya­şa­yan azər­bay­can­lı uşaq­lar­la ya­na­şı, İraq türk­man­la­rı­nın ba­la­la­rı da ana di­li­mi­zi öy­rə­nir­lər. Di­gər 2 sa­at ər­zin­də isə yaş­lı­la­ra bu dil təd­ris edi­lir. Be­ni­lüks Azər­bay­can­lı­la­rı Konq­re­si­nin xü­su­si sə­yi sa­yə­sin­də açıl­mış mək­təb ilk vaxt­lar qu­rum­da təm­sil olu­nan Türk­man Fe­de­ra­si­ya­sı­nın Ams­ter­dam­da­kı qə­rar­ga­hın­da fəa­liy­yət gös­tə­rib. Bun­lar di­as­por təş­ki­lat­la­rı­nın fəa­liy­yə­ti­nin nə­ti­cə­si­dir.


Eks­pert­lər qeyd edir­lər ki, dün­ya öl­kə­lə­rin­də ya­şa­yan az­say­lı xalq­la­rın ke­çir­di­yi bey­nəl­xalq fes­ti­val­lar­da azər­bay­can­çı­lıq ide­ya­la­rı la­yiq­li şə­kil­də təb­liğ olu­nur (pres­lib.az).


Xa­tır­la­daq ki, Çi­nin Təh­sil Na­zir­li­yi­nin mü­va­fiq qə­ra­rı­na əsa­sən, Pe­kin Xa­ri­ci Dil­lər Uni­ver­si­te­tin­də (PXDU) Azər­bay­can di­li üz­rə kadr­la­rın ha­zır­lan­ma­sı­na baş­la­nı­lıb. 2018-2019-cu təd­ris ili­nin baş­lan­ma­sı mü­na­si­bə­ti ilə ke­çi­ri­lən açı­lış mə­ra­si­min­də uni­ver­si­te­tin rek­to­ru Pen Lon bil­di­rib ki, 90-dan çox xa­ri­ci di­lin təd­ris olun­du­ğu PXDU-da bu il­dən 10-a ya­xın ye­ni dil, o cüm­lə­dən Azər­bay­can di­li ix­ti­sas ki­mi təd­ris olu­na­caq.


Öl­kə­mi­zin Çin­də­ki sə­fi­ri Ək­rəm Zey­nal­lı Azər­bay­can di­li ix­ti­sa­sı üz­rə uni­ver­si­te­tə qə­bul olu­nan gənc­lər­lə gö­rü­şə­rək, on­la­rın gə­lə­cək­də iki döv­lət ara­sın­da müx­tə­lif sa­hə­lər­də əmək­daş­lı­ğa töh­fə ve­rə­cək­lə­ri­nə əmin­li­yi­ni bil­di­rib. Dip­lo­mat döv­lə­ti­mi­zin Azər­bay­can di­li­nin təd­ri­si ilə bağ­lı uni­ver­si­te­tə hər cür dəs­tək gös­tər­mə­yə ha­zır ol­du­ğu­nu de­yib: "PXDU-da Azər­bay­can di­li­nin ikin­ci dil ki­mi təd­ri­si­nə ötən ilin ikin­ci se­mest­rdən baş­la­nı­lıb. Ötən müd­dət­də 42 tə­lə­bə Azər­bay­can di­li dərs­lə­rin­də iş­ti­rak edib. Əsa­sən Çin Xa­ri­ci İş­lər Na­zir­li­yi və öl­kə­nin di­gər döv­lət qu­rum­la­rı üçün kadr­la­rın ha­zır­lan­ma­sı ilə məş­ğul olan Pe­kin Xa­ri­ci Dil­lər Uni­ver­si­te­ti­nin 87 öl­kə­dən 451 təh­sil oca­ğı ilə müx­tə­lif sə­viy­yə­lər­də əla­qə­lə­ri möv­cud­dur. Bu ilin ap­re­lin­də uni­ver­si­te­tin rek­to­ru Pen Lo­nun rəh­bər­li­yi ilə nü­ma­yən­də he­yə­ti Azər­bay­ca­na sə­fər edə­rək, müx­tə­lif is­ti­qa­mət­lər üz­rə əmək­daş­lı­ğın ge­niş­lən­di­ril­mə­si, bir­gə la­yi­hə­lə­rin ic­ra­sı, mü­əl­lim və tə­lə­bə mü­ba­di­lə­si­nin təş­ki­li, bir­gə kadr ha­zır­lı­ğı mə­sə­lə­lə­ri­ni mü­za­ki­rə edib" (di­as­por­news.az).


Pol­şa­da Azər­bay­can Gənc­lər Şu­ra­sı­nın səd­ri Na­il Əh­məd bil­di­rir ki, di­gər Av­ro­pa öl­kə­lə­ri ilə mü­qa­yi­sə­də Pol­şa­da ya­şa­yan azər­bay­can­lı­la­rın sa­yı az­dır: "İl­lər ön­cə de­yə bi­lər­dik ki, tə­lə­bə­lər çox­luq təş­kil edir. Elə in­di də çox­luq təş­kil edir. Am­ma bu­nun­la pa­ra­lel, iş­çi­lər tə­lə­bə­lər­dən qat-qat çox­dur. Bu­nun da sə­bə­bi Pol­şa­da əmək miq­rant­la­rı­na olan eh­ti­yac­dır. Hər bir hal­da bi­zim ço­xal­ma­ğı­mız güc­lən­mə­yi­mi­zə gə­ti­rib çı­xa­rır. Onu da qeyd edim ki, Pol­şa­da di­gər Av­ro­pa öl­kə­lə­ri­nə nis­bə­tən təh­sil haq­qı az­dır, ya­şam xərc­lə­ri çox ucuz­dur. Bun­dan baş­qa, ki­fa­yət qə­dər güc­lü təh­sil ve­rən bir öl­kə­dir. Bi­li­rik ki, Av­ro­pa­nın ən qə­dim uni­ver­si­tet­lə­rin­dən bi­ri olan Ya­qu­len Uni­ver­si­te­ti Pol­şa­nın Kra­kov şə­hə­rin­də yer­lə­şir. Bu ba­xım­dan Pol­şa­da, xa­ric­də təh­sil al­maq is­tə­yən gənc­lə­rə Pol­şa da­ha çox qa­pı aç­maq­da, həm də da­ha uy­ğun ol­maq­da­dır. Həm mad­di mə­sə­lə­də, həm də Pol­şa­nın döv­lət ola­raq Azər­bay­ca­na, pol­yak­la­rın azər­bay­can­lı­la­ra mü­na­si­bə­tin­də xey­li müs­bət cə­hət­lər var. Hər bir hal­da Pol­şa xa­ric­də təh­sil al­maq is­tə­yən gənc­lə­rin bir uni­kal va­ri­an­tı ki­mi se­çi­lib" ("Trend").


Bir müd­dət ön­cə Pol­şa­da­kı məş­hur tu­rizm şir­kət­lə­rin­dən bi­ri­nin Qa­ra­ba­ğa tur təş­kil et­di­yi­ni xa­tır­la­dan N.Əh­mə­din söz­lə­ri­nə gö­rə, 245 nə­fər­li tur­da ya­zı­lır ki, ha­ra­lar gə­zi­lə­cək, han­sı yer­lə­rə ge­di­lə­cək. "Biz bu şir­kə­tin Fa­ce­bo­ok, Tvit­ter sə­hi­fə­lə­ri­nə şi­ka­yət et­dik, Pol­şa­nın Ba­kı­da­kı sə­fir­li­yi­nə, Pol­şa­da­kı Azər­bay­can sə­fir­li­yi­nə bu ba­rə­də mə­lu­mat ver­dim. 48 sa­at ər­zin­də biz o tu­ru ləğv et­mə­yə na­il ol­duq. On­lar bi­zim o təz­yiq­lər­dən o qə­dər na­ra­hat ol­du­lar ki, bi­zim sə­fir­li­yə ema­il va­si­tə­si­lə mü­ra­ci­ət et­di­lər. Mü­ra­ci­ət­də də yaz­dı­lar ki, biz azər­bay­can­lı­la­rın eti­raz və təz­yi­qi nə­ti­cə­sin­də o tu­ru ləğv et­dik. Çün­ki biz qət­na­mə­lə­ri çı­xar­mış­dıq, eti­ra­zı­mı­zı hü­qu­qi yol­lar­la da əsas­lan­dır­mış­dıq. Çox ra­hat şə­kil­də də o tu­ru ləğv et­dir­dik. Bun­dan son­ra kim­lər­sə ye­nə ey­ni ad­dı­mı at­ma­ğa ça­lı­şan­da biz bu­na eti­ra­zı­mı­zı bil­di­ri­rik. Ça­lı­şı­rıq ki, Qa­ra­ba­ğa be­lə sə­fər­lə­rin qar­şı­sı­nı alaq. Çün­ki Qa­ra­bağ bi­zim ta­ri­xi tor­paq­la­rı­mız­dır. Bu ba­xım­dan bu cür sə­fər­lə­rin təşk­li­nə eti­raz et­mək bi­zim və­tən­daş­lıq bor­cu­muz­dur".


Rə­şid RƏ­ŞAD

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND