“Qarabağ” yenə qələbə qazana bilmədi

26.06.2019 10:23
157
“Qarabağ” yenə qələbə qazana bilmədi

Ağdamın “Qarabağ” klubu növbəti yoxlama oyununu keçirib. 

Ekspress.az xəbər verir ki, Ağdam təmsilçisi Avstriyada təlim-məşq toplanışında ikinci yoxlama görüşündə qüvvəsini sınayıb. 

Azərbaycan çempionu Rumıniyanın "Universitatya” (Krayova) klubu ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə nəticələnib (unikal.org). 


Qeyd edək ki, Avstriyadakı ilk yoxlama matçında "Lüdoqorets"ə (Bolqarıstan) 0:2 hesabı ilə məğlub olan "Qarabağ" iyunun 28-də “Ufa” (Rusiya), iyulun 2-də “Viktoriya” (Çexiya) ilə qarşılaşacaq.


Ekspress.az