Minsk-2019: Azərbaycan cüdo yığması 1/8 finalda uduzub

25.06.2019 12:20
166
Minsk-2019: Azərbaycan cüdo yığması 1/8 finalda uduzub

Cüdo üzrə Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında çıxışını başa vurub.


Yığmamız bu idman növü üzrə yarışların son günündə qarışıq komandaların mübarizəsinə qatılıb.


16 komandanın qüvvəsini sınadığı yarışda çıxış edən Azərbaycan millisi 1/8 finalda tatami üzərinə çıxıb. Komandamız ilk matçında Fransa ilə üz-üzə gəlib (APA).


Qarşılaşma fransalı cüdoçuların qələbəsi ilə başa çatıb – 4:0. Bu məğlubiyyətlə yığmamız Avropa Oyunlarındakı çıxışı başa vurub.


Cüdo


Qarışıq komandalar


1/8 final


Fransa – Azərbaycan – 4:0


Kişilər. +90 kq. Siril Mare – Uşanqi Kokauri – 1:0

Qadınıar. 57 kq. Prissilla Qneto – Larisa Florian – 10:0

Kişilər. 73 kq. Qiyom Çeyn – Rüstəm Orucov – 11:1

Qadınlar. 70 kq. Mariya-Yeva Qaye – Nuriyyə Axundova – 10:0


Ekspress.az