Zavoddakı partlayışla bağlı daha bir açıqlama


28.03.2019 15:01
371
Zavoddakı partlayışla bağlı daha bir açıqlama

Sumqayıt Texnologiyalar Parkı Metaləritmə zavodunda baş verən hadisə barədə açıqlama yayıb.

 

Ekspress.az xəbər verir ki, poladəritmə zamanı qaynar metal ərintisi təzyiqlə sıçrayaraq qazanın ətrafında olan 4 işçiyə xəsarət yetirib.

 

Zərərçəkənlərdən biri sıçrama yerinə yaxın olduğu üçün xəsarəti ağır olub və daha sonra martın 26-da xəstəxanada dünyasını dəyişib. Digər üç nəfərin vəziyyəti normaldır və onlardan biri artıq işə çıxır.

 

Hadisə ilə bağlı aidiyyati dövlət qurumları araşdırma aparır. Araşdırma başa çatdıqdan sonra hadisənin səbəbləri barədə dəqiq məlumat veriləcək.

 

Qeyd edək ki, işçilər bayram vaxtı əmək məcəlləsinə uyğun olaraq qanun çərçivəsində növbəli iş rejimində çalışıblar. Əməkdaşların hər biri icbari sığorta olunublar. Bununla yanaşı, şirkət xəsarət alanların və dünyasını dəyişən əməkdaşın bütün xərclərini qarşılayıb, bundan sonra da lazımı dəstək göstəriləcək.


Ekspress.az

Açar sözlər: