Azər­bay­can və Tür­ki­yə di­as­por təş­ki­lat­la­rı­nın bir­gə fəa­liy­yət stra­te­gi­ya­sı

05.12.2018 20:00
29
Azər­bay­can və Tür­ki­yə di­as­por təş­ki­lat­la­rı­nın bir­gə fəa­liy­yət stra­te­gi­ya­sı

Azər­bay­can müs­tə­qil­lik qa­zan­dıq­dan son­ra bü­tün sa­hə­lər­də ol­du­ğu ki­mi di­as­por sa­hə­sin­də də mü­əy­yən ad­dım­lar atı­lır. Bu isə di­as­por­la­ra­ra­sı əla­qə­lə­rin qu­rul­ma­sı­na ge­niş şə­ra­it ya­ra­dır.


Bun­dan baş­qa, dün­ya­nın müx­tə­lif öl­kə­lə­rin­də ey­ni möv­qe­dən çı­xış edən Azər­bay­can və Tür­ki­yə di­as­po­ru ara­sın­da əla­qə­lə­rin in­ki­şaf et­di­ril­mə­si is­ti­qa­mə­tin­də təd­bir­lər hə­ya­ta ke­çi­ril­mə­yə baş­la­yıb. Xü­su­si­lə, 2000-ci il­dən baş­la­ya­raq bu sa­hə­də konk­ret ad­dım­lar atı­lıb. Be­lə ki, 2004-cü il­də Tür­ki­yə­nin İs­gən­də­run şə­hə­rin­də 18 Azər­bay­can ic­ma və bir­lik­lə­ri­ni özün­də bir­ləş­di­rən Tür­ki­yə Azər­bay­can Dər­nək­lə­ri Fe­de­ra­si­ya­sı­nın tə­sis konf­ran­sı ke­çi­ri­lib. Konf­rans­da müx­tə­lif möv­zu­lar­la bağ­lı mə­ru­zə­lər din­lə­ni­lib və apa­rı­lan mü­za­ki­rə­lə­rin ye­ku­nu ola­raq qət­na­mə qə­bul edi­lib. Qət­na­mə­də Tür­ki­yə Azər­bay­can Dər­nək­lə­ri Fe­de­ra­si­ya­sı qar­daş Tür­ki­yə­də fəa­liy­yət gös­tə­rən ay­rı-ay­rı Azər­bay­can dər­nək­lə­ri, müx­tə­lif qu­rum­la­rı və on­la­rın tim­sa­lın­da bu­ra­da ya­şa­yan bü­tün həm­və­tən­lə­ri­mi­zi öz ət­ra­fın­da sıx bir­ləş­dir­mə­yi qar­şı­sı­na məq­səd qoy­du­ğu vur­ğu­la­nıb.


Onu da qeyd edək ki, Tür­ki­yə Azər­bay­can Dər­nək­lə­ri Fe­de­ra­si­ya­sı­nın (TADF) tə­sis olun­ma­sı ilə bağ­lı rəs­mi ra­zı­lıq pro­to­ku­lu­nu qar­daş öl­kə­nin 18 şə­hə­rin­də - An­ka­ra, Ada­na, An­tal­ya, Ay­dın, Ba­lı­kə­sir, Bur­sa, Ça­naq­qa­la, İs­tan­bul, İz­mir, İz­mit, İq­dır, Ma­ni­sa, Mu­la, Tre, İs­gən­də­run və Dör­dyol Azər­bay­can Kül­tür və Da­ya­nış­ma Mər­kəz­lə­ri­nin rəh­bər­lə­ri im­za­la­ya­raq, Tür­ki­yə­də fəa­liy­yət gös­tə­rən di­gər Azər­bay­can dər­nək və qu­rum­la­rı­nı da fe­de­ra­si­ya ət­ra­fın­da sıx bir­ləş­mə­yə ça­ğı­rıb­lar.

Za­man keç­dik­cə Azər­bay­can və türk di­as­por təş­ki­lat­la­rı­nın bir­gə fəa­liy­yə­ti­ni tə­nizm­lə­yə­cək, bu fəa­liy­yə­ti ko­or­di­na­si­ya edə­cək han­sı­sa bir sə­nəd və ya stra­te­gi­ya­ya zə­ru­rət his­si edi­lir­di. Məhz bu zə­ru­rət­dən irə­li gə­lə­rək 2006-cı il, iyun ayı­nın 7-də Tür­ki­yə Cüm­hu­riy­yə­ti­nin An­tal­ya şə­hə­rin­də Azər­bay­can və Tür­ki­yə ic­ma­la­rı­nın bir­gə fəa­liy­yət stra­te­gi­ya­sı­na həsr olun­muş konf­rans ke­çi­ril­di. Konf­rans­da dün­ya­nın müx­tə­lif öl­kə­lə­rin­də fəa­liy­yət gös­tə­rən Azər­bay­can və Tür­ki­yə di­as­por təş­ki­lat­la­rı rəh­bər­lə­ri, Azər­bay­ca­nın apa­rı­cı qə­zet­lə­ri­nin, te­le­vi­zi­ya ka­nal­la­rı­nın rəh­bər­lə­ri, elə­cə də nü­ma­yən­də­lə­ri iş­ti­rak edir­di. Bun­dan baş­qa, konf­ran­sa xa­ric­də ya­şa­yan ta­nın­mış azər­bay­can­lı zi­ya­lı­lar, mə­də­niy­yət və in­cə­sə­nət xa­dim­lə­ri, Azər­bay­can və Tür­ki­yə­nin hö­ku­mət və döv­lət nü­ma­yən­də­lə­ri, par­la­ment təm­sil­çi­lə­ri, hər iki öl­kə­də fəa­liy­yət gös­tə­rən ic­ti­mai bir­lik­lər, qey­ri-hö­ku­mət təş­ki­lat­la­rı­nın rəh­bər­lə­ri də­vət edil­miş­di. Azər­bay­can və türk ic­ma­la­rı­nın rəh­bər­lə­ri "Azər­bay­can və türk di­as­por təş­ki­lat­la­rı­nın bir­gə fəa­liy­yət stra­te­gi­ya­sı"nın ha­zır­lan­ma­sı­na da­ir Ra­zı­lıq Pro­to­ko­lu­nu im­za­la­dı­lar. Pro­to­ko­la hər iki tə­rəf­dən 34 ic­ma rəh­bə­ri im­za at­dı.


2007-ci il mart ayı­nın 9-da Ba­kı şə­hə­rin­də ke­çi­ril­miş Dün­ya Azər­bay­can və Türk di­as­por təş­ki­lat­la­rı rəh­bər­lə­ri­nin I fo­ru­mu bü­tün türk­dil­li zalq­la­rın hə­ya­tın­da mü­hüm əhə­miy­yə­tə ma­lik ha­di­sə ol­du. Fo­rum Azər­bay­can Res­pub­li­ka­sı pre­zi­den­ti­nin türk dün­ya­sı­nın bir­li­yi­nə ver­di­yi önə­min par­laq tə­za­hü­rü ki­mi ta­ri­xə düş­dü. Fo­rum­da Azər­bay­can Res­pub­li­ka­sın­dan Pre­zi­dent İl­ham Əli­yev, Tür­ki­yə Cüm­hu­riy­yə­tin­dən ovaxt­kı baş na­zir Rə­cəb Tay­yib Ər­do­ğan, Şi­ma­li Kipr Türk Res­pub­li­ka­sı­nın pre­zi­den­ti Mə­həm­məd Əli Tə­lət iş­ti­rak edir­di. Fo­ru­ma Azər­bay­can və Tür­ki­yə Res­pub­li­ka­sı­nın döv­lət və hö­ku­mət rəs­mi­lə­ri, di­gər türk­dil­li öl­kə­lə­rin bi­la­va­si­tə di­as­por qu­ru­cu­lu­ğu sa­hə­sin­də döv­lət si­ya­sə­ti­ni hə­ya­ta ke­çi­rən döv­lət və hö­ku­mət or­qan­la­rı­nın nü­ma­yən­də­lə­ri, xa­ri­ci öl­kə­lər­də fəa­liy­yət gös­tə­rən nü­fuz­lu Azər­bay­can və türk icm­na­la­rı­nın rəh­bər­lə­ri, türk­dil­li xalq­la­rın (İraq türk­mən­lə­ri, Axıs­ka türk­lə­ri, Şi­ma­li Kipr türk­lə­ri) və on­la­rın di­as­por təş­ki­lat­la­rı­nın təm­sil­çi­lə­ri Azər­bay­can hə­qi­qət­lə­ri­nin dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sın­da fə­al rol oy­na­mış ta­nın­mış ic­ti­mai xa­dim­lər, si­ya­sət­çi­lər də­vət edil­miş­di.


Eks­pert­lə­rin fik­rin­cə, Azər­bay­can və Tür­ki­yə di­as­por təş­ki­lat­la­rı rəh­bər­lə­ri­nin I fo­ru­mu Azər­bay­can Res­pub­li­ka­sı ilə Tür­ki­yə Cüm­hu­riy­yə­ti ara­sın­da stra­te­ji tə­rəf­daş­lıq mü­na­si­bət­lə­ri­nin in­ki­şa­fı, di­as­por qu­ru­cu­lu­ğu sa­hə­sin­də əmək­daş­lı­ğın də­rin­ləş­di­ril­mə­si, türk­dil­li xalq­la­rın ta­ri­xi, müa­sir hə­ya­tı, so­si­al-iq­ti­sa­di in­ki­şaf sə­viy­yə­si, mə­də­niy­yə­ti ilə bağ­lı mə­lu­mat­la­rın dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sı, di­as­por təş­ki­lat­la­rı­nın fəa­liy­yə­ti­nin sə­mə­rə­li­li­yi­nin ar­tı­rıl­ma­sı, ha­be­lə bü­tün türk xalq­la­rı ara­sın­da mü­na­si­bət­lə­rin in­ki­şa­fı ba­xı­mın­dan mü­hüm əhə­miy­yə­tə ma­lik ha­di­sə ol­du. Fo­rum­da apa­rı­lan mü­za­ki­rə­lə­rin nə­ti­cə­si ola­raq "Azər­bay­can və Tür­ki­yə di­as­por təş­ki­lat­la­rı­nın bir­gə fəa­liy­yət stra­te­gi­ya­sı", "Ba­kı bə­yan­na­mə­si", "Türk­dil­li xalq­la­ra mü­ra­ci­ət", "Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si ilə əla­qə­dar dün­ya ic­ti­ma­iy­yə­ti­nə, bey­nəl­xalq təş­ki­lat­la­ra, xa­ri­ci öl­kə­lə­rin par­la­ment­lə­ri­nə, döv­lət və hö­ku­mət nü­ma­yən­də­lə­ri­nə mü­ra­ci­ət", "1915-ci il ha­di­sə­lə­ri ilə əla­qə­dar er­mə­ni id­dia­la­rı ilə bağ­lı qə­rar qə­bul edən öl­kə­lə­rə eti­raz bə­ya­na­tı" qə­bul olun­du (olay­lar.az).


İs­tan­bul Tür­ki­yə-Azər­bay­can Dər­nə­yi­nin səd­ri Sə­fər Qa­ra­qo­yun­lu bil­di­rir ki, ha­zır­da Azər­bay­can Qaf­qaz re­gio­nu­nun par­la­yan ul­du­zu­na çev­ri­lib və sü­rət­lə in­ki­şaf edən Azər­bay­ca­nın əl­də et­di­yi uğur­lar Tür­ki­yə­də də məm­nun­luq­la qar­şı­la­nır: "Biz İs­tan­bul Tür­ki­yə-Azər­bay­can Dər­nə­yi ola­raq hər za­man er­mə­ni vəh­şi­lik­lə­ri­ni dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dır­maq is­ti­qa­mə­tin­də fəa­liy­yət­də­yik. Azər­bay­can­da­kı dost-qar­daş təş­ki­la­tı­mız olan Azər­bay­can­lı­la­rın və di­gər Türk­dil­li Xalq­la­rın Əmək­daş­liq Mər­kə­zi ilə mün­tə­zəm ola­raq həm Tür­ki­yə, həm də Azər­bay­can­da konf­rans­lar, se­mi­nar­lar təş­kil edi­rik. Hə­min təd­bir­lə­rə də­vət et­di­yi­miz bey­nəl­xalq araş­dır­ma­çı­lar, si­ya­sət­çi­lər va­si­tə­si­lə dün­ya bir­li­yi­ni er­mə­ni vəh­şi­lik­lə­ri ba­rə­də mə­lu­mat­lan­dır­ma­ğa ça­lı­şı­rıq. Qar­şı­da­kı za­man ər­zin­də də bu is­ti­qa­mət­də mü­əy­yən fəa­liy­yət­lə­ri­mi­zin ol­ma­sı nə­zər­də tu­tu­lub. Ey­ni ilə Tür­ki­yə­də­ki di­gər təş­ki­lat və qu­rum­lar­la da bu is­ti­qa­mət­də ça­lış­ma­la­rı­mız olub, bun­dan son­ra da ola­caq. Bu gün qon­dar­ma er­mə­ni soy­qı­rı­mın­dan bəhs edən­lə­rin Qu­ba­ya gə­lə­rək ora­da­kı küt­lə­vi mə­zar­lı­ğı göz­lə­ri ilə gör­mə­si la­zım­dır. Elə­cə də Şa­ma­xı­da, Göy­çay­da, Ba­kı­da və di­gər əra­zi­lər­də er­mə­ni­lər XX əs­rin əvəl­lə­rin­də azər­bay­can­lı­la­ra qar­şı aman­sız qət­li­am­lar tö­rə­dib­lər. Həm­çi­nin ya­xın ta­ri­xi­miz­də, 1992-ci il, fev­ral ayı­nın 26-da Xo­ca­lı­da soy­qı­rım hə­ya­ta ke­çi­rib­lər. Er­mə­ni­lə­rin iş­ğal­çı­lıq və soy­qı­rım si­ya­sə­ti bu gün də da­vam et­mək­də­dir. Təs­süf­lər ol­sun ki, dün­ya bir­li­yi, mü­əy­yən döv­lət­lər ya­xın ta­rix­də er­mə­ni­lər tə­rə­fin­dən Xo­ca­lı­da hə­ya­ta ke­çi­ri­lən soy­qı­rı­mı gör­mə­məz­lik­dən gə­lir, la­kin er­mə­ni ya­lan­la­rı­na şə­rik şı­xa­raq ol­ma­yan bir ha­di­sə­ni soy­qı­rım ki­mi ta­nı­yır­lar".


İs­tan­bul Tür­ki­yə-Azər­bay­can Dər­nə­yi­nin səd­ri Azər­bay­can­la Tür­ki­yə ara­sın­da­kı mü­na­si­bət­lə­ri də­yər­lən­di­rə­rək qeyd edir ki, Tür­ki­yə və Azər­bay­ca­nın dost­lu­ğu, qar­daş­lı­ğı əsr­lə­rə da­ya­nır: "Tür­ki­yə Cüm­hu­riy­yə­ti­nin qu­ru­cu­su Mus­ta­fa Ka­mal Ata­tür­kün de­di­yi ki­mi-"Azər­bay­ca­nın se­vin­ci se­vin­ci­miz, kə­də­ri kə­də­ri­miz­dir". Bu gün iki öl­kə ara­sın­da­kı dost­luq-qar­daş­lıq mü­na­si­bət­lə­ri yük­sək sə­viy­yə­də­dir. İs­tər Azər­bay­can­da, is­tər­sə də Tür­ki­yə­də baş tu­tan hər seç­ki­dən son­ra pre­zi­dent və ya baş na­zir se­çi­lən şəx­sin ilk sə­fə­ri­ni məhz qar­daş öl­kə­yə et­mə­si də ar­tıq bir ənə­nə ha­lı­nı alıb. Rə­cəb Tay­yib Ər­do­ğa­nın Tür­ki­yə pre­zi­den­ti ki­mi ilk xa­ri­ci sə­fər­lə məhz Azər­bay­ca­na gəl­mə­si de­yi­lən­lə­ri təs­diq­lə­yir. Ey­ni ad­dım hər se­çim­lər­dən son­ra Azər­bay­can tə­rə­fin­dən də atı­lır. Bu mə­na­da keç­miş­də ol­du­ğu ki­mi gə­lə­cək­də də Azər­bay­can və Tür­ki­yə­nin dost­luq, qar­daş­lı­ğı son­su­za qə­dər da­vam edə­cək. Bu gün Tür­ki­yə­də Azər­bay­can di­as­po­ru fə­al­dır və uğur­lu fəa­liy­yət­də­dir. Hər bir di­as­por təş­ki­la­tı Azər­bay­can və Tür­ki­yə­nin haqq sə­si­nin dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sı is­ti­qa­mə­tin­də ak­tiv rol oy­na­yır. Mün­tə­zəm ola­raq Azər­bay­can­la bağ­lı sil­si­lə təd­bir­lər, konf­rans və se­mi­nar­lar təş­kil olu­nur" (din.az).


Tür­ki­yə Res­pub­li­ka­sı­nın pre­zi­den­ti Rə­cəb Tay­yib Ər­do­ğan bil­di­rir ki, Tür­ki­yə ilə Azər­bay­can ara­sın­da mü­na­si­bət­lər kök­lü ta­ri­xi və mə­də­ni bağ­lar­dan qay­naq­la­nan qar­daş­lıq tə­mə­li üzə­rin­də hər sa­hə­də in­ki­şaf et­mək­də və güc­lən­mək­də­dir: "Bu mü­na­si­bət­lə­rin me­mar­la­rın­dan bi­ri olan bö­yük li­der, hör­mət­li Hey­dər Əli­ye­vin de­di­yi ki­mi, Tür­ki­yə və Azər­bay­can ey­ni mil­lə­tin iki ay­rı döv­lə­ti­dir. Mər­hum pre­zi­den­tin iki öl­kə ara­sın­da əla­qə­lə­rin ide­al qiy­mə­ti­ni ifa­də et­mək üçün is­ti­fa­də et­di­yi bu şü­ar re­al hə­yat­da ək­si­ni ta­pıb. Se­vinc­də də, kə­dər­də də bir olan Tür­ki­yə və Azər­bay­ca­na bü­tün dün­ya qib­tə ilə ba­xır. Dün­ya­da baş­qa bir ör­nə­yi ol­ma­yan bu du­rum şüb­hə­siz ki, Tür­ki­yə və Azər­bay­ca­nın bey­nəl­xalq əla­qə­lə­ri ba­xı­mın­dan hər iki öl­kə­nin üs­tün­lü­yü­dür. İki öl­kə ara­sın­da si­ya­si, iq­ti­sa­di, hər­bi, mə­də­ni, ti­ca­rət və di­gər sa­hə­lər­də nü­mu­nə­vi əla­qə­lər möv­cud­dur. Qar­şı­lıq­lı inam və bir­gə fəa­liy­yət­lə əla­qə­lə­ri­mi­zin in­ki­şa­fı­na və güc­lən­mə­si­nə na­il ol­duq, bu­nun üçün sağ­lam tə­məl ya­rat­dıq. Azər­bay­ca­nın zən­gin ener­ji eh­ti­yat­la­rı, sü­rət­lə in­ki­şaf edən iq­ti­sa­diy­ya­tı, de­mok­ra­ti­ya və in­san haq­la­rı sa­hə­sin­də hə­ya­ta ke­çir­di­yi is­la­hat­lar­la böl­gə­də və dün­ya­da get­dik­cə la­yiq ol­du­ğu nöq­tə­yə çat­maq­da ol­du­ğu­nu məm­nu­niy­yət­lə iz­lə­yi­rik. Qar­daş Azər­bay­can və qon­şu Gür­cüs­tan­la bir­lik­də ger­çək­ləş­dir­di­yi­miz Ba­kı-Tif­lis-Cey­han və Ba­kı-Tif­lis-Ər­zu­rum la­yi­hə­lə­rin­dən son­ra Ba­kı-Tif­lis-Qars də­mir yo­lu la­yi­hə­si­ni də re­al­laş­dır­maq üçün fəa­liy­yə­ti­mi­zi da­vam et­di­ri­rik. Ar­zu­muz bu əla­qə­lə­ri da­ha yük­sək sə­viy­yə­yə çat­dır­maq­dır. Azər­bay­can­lı qar­daş­la­rı­mı­zın da bu mə­sə­lə­də qə­rar­lı möv­qe­lə­ri­ni da­vam et­dir­dik­lə­ri­ni məm­nu­niy­yət­lə mü­şa­hi­də edi­rik. Tür­ki­yə bu gü­nə qə­dər yax­şı və pis gün­lə­rin­də Azər­bay­can xal­qı­nın ya­nın­da olub və bun­dan son­ra da hər sa­hə­də əlin­dən gə­lən dəs­tə­yi gös­tər­mə­yə ha­zır­dır. - Er­mə­nis­tan Azər­bay­can tor­paq­la­rı­nın 20 fai­zi­ni uzun müd­dət­dir, iş­ğal al­tın­da sax­la­yır. Tür­ki­yə­nin Er­mə­nis­tan­la əla­qə qur­ma­sı üçün ən önəm­li şərt­lə­rin­dən bi­ri iş­ğal al­tın­da­kı Azər­bay­can tor­paq­la­rı­nın bo­şal­dıl­ma­sı və 1 mil­yo­na ya­xın qaç­qı­nın öz yurd­la­rı­na dön­mə­si­dir" (fi­les.pres­lib.az).


Si­ya­si elm­lər dok­to­ru El­çin Əh­mə­do­vun fik­rin­cə, Azər­bay­ca­nın neft stra­te­gi­ya­sı­nın hə­ya­ta ke­çi­ril­mə­si re­gio­nal sa­bit­li­yin möh­kəm­lən­di­ril­mə­sin­də və qon­şu döv­lət­lər­lə, xü­su­si­lə Tür­ki­yə ilə stra­te­ji tə­rəf­daş­lıq mü­na­si­bət­lə­ri­nin da­ha da də­rin­ləş­mə­sin­də mü­hüm əhə­miy­yət kəsb edir (AZƏR­TAC).. Onun söz­lə­ri­nə gö­rə, ümum­mil­li li­der Hey­dər Əli­ye­vin xa­ri­ci si­ya­sət kur­su­nu no­va­tor­ca­sı­na, di­na­mik şə­kil­də, çox uğur­la da­vam et­di­rən Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­yev qar­daş Tür­ki­yə döv­lə­ti ilə mü­na­si­bət­lə­rin da­ha da in­ki­şaf edə­rək stra­te­ji müt­tə­fiq­lik sə­viy­yə­si­nə qalx­ma­sın­da əhə­miy­yət­li rol oy­na­yıb. "Öl­kə­lə­ri­miz ara­sın­da bü­tün sa­hə­lər­də əla­qə­lə­rin di­na­mik şə­kil­də in­ki­şa­fı­nın gös­tə­ri­ci­si olan qlo­bal iq­ti­sa­di la­yi­hə­lər - Ba­kı-Tbi­li­si-Cey­han neft, Ba­kı-Tbi­li­si-Ər­zu­rum qaz və Ba­kı-Tbi­li­si-Qars də­mir yo­lu la­yi­hə­lə­ri re­gi­on­da sül­hün və təh­lü­kə­siz­li­yin tə­min olun­ma­sı­na öz töh­fə­si­ni ver­mək­lə ya­na­şı, xalq­la­rı­mı­zın ri­fah ha­lı­nın yax­şı­laş­dı­rıl­ma­sı ba­xı­mın­dan da bö­yük əhə­miy­yə­tə ma­lik­dir. Müa­sir dövr­də Azər­bay­ca­nın eti­bar­lı stra­te­ji tə­rəf­da­şı olan Tür­ki­yə ilə mü­na­si­bət­lə­ri­ni da­ha da möh­kəm­lən­dir­mə­si döv­lə­ti­mi­zin xa­ri­ci si­ya­sə­ti­nin mü­hüm tər­kib his­sə­si­dir".


Rə­şid RƏ­ŞAD

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND