Psixiatrik xəstəxanada yanğın - 6 nəfər öldü

11.06.2019 10:51
31
Psixiatrik xəstəxanada yanğın - 6 nəfər öldü

Odessada xəstəxanada yanğın baş verib.


Ukraynanın fövqəladə hallar xidməti insident nəticəsində 6 nəfərin həlak olduğunu bildirib.


Məlumata görə, yanğın Suvorov rayonunda yerləşən 1 saylı psixiatrik xəstəxananın birmərtəbəli korpusunun damında başlayıb (trend).


4 nəfər tüstüdən zəhərlənmə və yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.


Yanğının hansı səbəbdən baş verməsi məlum deyil. Faktla bağlı araşdırma başlayıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND