• 6 °C Bakı
  • 2 °C Quba
  • 9 °C Gəncə
  • 7 °C Yevlax
  • 5 °C Naxçıvan

Malaziya kralı taxtdan imtina etdi

06.01.2019 16:55
230
Malaziya kralı taxtdan imtina etdi

Malaziya kralı V Məhəmməd taxtdan imtina edib.


Ekspress.az "Reuters" xəbər agentliyinə istinadla xəbər verir ki, Malaziyada 3 il öncə - 2016-cı ildə taxta oturan Kral V Məhəmməd vəzifəsindən istefa verib.


50 yaşındakı Kral V Məhəmməd keçən ilin son aylarında keçmiş rus gözəliylə evlənmişdi və bu toy mərasimi bütün dünyada maraqla qarşılanmışdı.


Məhəmməd ölkənin ən yaşlı kralı Sultan Əbdülhalim Muzzam Şahın yerine taxta keçmişdi.


İngiltərədə diplomatiya və idarəetmə təhsili alan Məhəmməd qolf və futbol azarkeşi idi.


Malaziyada daha çox simvolik rolu olan kral, Malay Müsəlmanları arasında Malay ənənəsinin və İslamın dini lideri olaraq qəbul edilir.


Malaziya sisteminə əsasən, hər biri Malaziya yarımadasındakı bir əyalətə başçılıq edən doqquz sultan qardaşlardan hansının yeni kral olacağına beş ildən bir gerçəkləşən toplantıda gizli səsvermə ilə qərar verilir.


AQİL

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND