Prezidentdən AzTV ilə bağlı mühüm SƏRƏNCAM

04.09.2019 11:09
69
Prezidentdən AzTV ilə bağlı mühüm SƏRƏNCAM

Prezident İlham Əliyev Rövşən Məmmədovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.


Ekspress.az azərtac -a istinadən xəbər verir ki, sərəncamla Rövşən Raqif oğlu Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.


Xatırladaq ki, bu il yanvarın 15-də “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanov vəzifəsindən azad olunub. Həmin vaxtdan indiyədək QSC sədri vəzifəsinin icrasını jurnalist Rövşən Məmmədov həyata keçirirdi.


R.Məmmədov əvvəllər AzTV-də “Günün nəbzi” verilişinin aparıcısı olub.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND