• 15 °C Bakı
  • 12 °C Quba
  • 18 °C Gəncə
  • 16 °C Yevlax
  • 12 °C Naxçıvan

Zavod 300 min manat

borcuna görə satışa çıxarılıb

04.10.2018 11:20
63
Zavod 300 min manat borcuna görə satışa çıxarılıb


Vaxtilə Azərbaycanın iri balıqçılıq təsərrüfatlaından olan “Neftçala Balıq Kombinatı” ASC-yə məxsus əmlaklar hərraca çıxarıb. FED.az xəbər verir ki, buna səbəb kombinatın illirdir yığılıb qalan vergi borcu və onu ödəyə bilməməsidir.


FED.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, “Neftçala Balıq Kombinatı” ASC-yə məxsus 2 əmlak hərraca çıxarılıb. 1-ci əmlakın tam dəyəri 39 min 665 manat, ilkin hərrac qiyməti 31 min 732 manat, beh isə 3 min 173 manat təşkil edir. 2- ci əmlakın tam dəyəri 77 min manat, ilkin hərrac qiyməti 61 min 600 manat, beh isə 6 min 160 manat təşkil edir. Maraqlıdır ki, əmlaklar artıq bir neçə dəfə hərraca çıxarılıdıtına və satılmadığına görə, dəyərindən aşağı qiymətə təklif edilir.


Məlumat üçün qeyd edək ki, kombinatdakı əmlaklar əsasən: dəzgahlar, avadanlıqlar, bina və digərləridir.


Əmlaklar Neftçala rayonu,Bankə qəsəbəsi, Ə.Məmmədov küçəsi 1 də yerləşir .

Xatırladaq ki, “Neftçala Balıq Kombinatı” ASC 2001-ci ildən sonra fəaliyyətini dayandırıb və hal-hazırda işləmir. Kombinatın rəhbəri Bəxtiyar Ağayev bildirib ki, işləmədiyi halda kombinatın vergi borcu əmlak və torpaq vergisi hesabına şişib və hazırda 298,4 min manata çatıb.


Ekspress.az


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND