Bu kənddə kişilər qadın paltarı geyinir - "Novruz"un maraqlı adət-ənənələri

19.03.2019 22:55
108
Bu kənddə kişilər qadın paltarı geyinir - "Novruz"un maraqlı adət-ənənələri

Novruz – “təzə il” deməkdir, baharın ilk günüdür. Bütün müsəlmanların həyatında əsl yeni il həmin gündən başlanır. Novruz gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hamı çalışır ki, bu bayramı yüksək təntənə ilə qarşılasın. Novruz əsrlərin dərinliyindən gəlib bizim günlərə çıxmış ən şən və ən gözəl bayramlardan biridir. Qriqori təqviminə görə, mart ayının 21-22-nə və ya nadir hallarda 23-nə düşür. Novruz bayramı bir çox türk və müsəlman ölkələrində, o cümlədən, Orta Asiya respublikalarında və Azərbaycanda qeyd edilir. Novruz bayramı qabağı, adətən, evlərdə, həyətlərdə, abadlıq-təmizlik işləri aparılır, ağaclar əkilir və s. Azərbaycan xalqının ən qədim bayramı olan Novruz bayramında növbənöv şirniyyatlar, bir-birindən dadlı yeməklər bişirilir.


Ekspress.az "azmedia.az"a istinadla bildirir ki, Novruz bayramının özünəməxsus çoxlu adət-ənənələri vardır. Bunları saymaqla bitməz, lakin bir neçəsini misal göstərmək olar:

-          Papaq atmaq. Adətə görə qapıya atılan papağı boş qaytarmazlar.

-          Qulaq falına çıxmaq. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə işarədir.

-          Tonqaldan tullanmaq. Tonqaldan tullarkən bu ifadə deyilir: "Ağırlığım - uğurluğum odda yansın".

-          Üzük falına baxmaq. Qızlar üzüyü sapa bərkidib su ilə dolu stəkanın üstündə saxlayarlar. Üzük stəkana neçə dəfə dəysə, bu həmin qızın o yaşda ərə gedəcəyinə işarədir.

-          Səməni yetişdirmək. Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin təbiətin canlanmasının əkinçiliyin rəmzidir.

-          Yumurta döyüşdürmək. Rəngarəng boyanan yumurtalar toqquşdurulur. Oyunun nəticəsində uduzan tərəflər udanların tələblərini yerinə yetirirlər.

-          Qonaq getmək. Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar.

-          Şam yandırmaq. Novruzda ailənin sayı qədər şam yandırarlar və bu şamlar xonçaların içinə yerləşdirilir.

-          Küsülülərin barışması. Novruzda heç kim küsülü qalmamalıdır. Bütün küsülülər barışmalıdır.

-          Yallı getmək. Azərbaycan xalqının qədim dövrdən bəri ifa etdiyi rəqsdir. Bunun mənası insanların birliyidir.

-          Xoruz döyüşdürmək. Bunun üçün xüsusi döyüş xoruzları böyüdülür.

-          Novruz oyunları oynamaq. Məsələn, ənzəli.


Odlar diyarı Azərbaycan ocaqla bağlı zəngin ənənələrə malikdir və bu, təmizlənmə, yenilənmə əlamətidir. Axır çərşənbədə - Novruz bayramının son çərşənbəsi - böyükdən kiçiyə hər kəs tonqal üstündən tullanmalıdır. Həm də nəzərə almaq lazımdır ki, bir tonqalın üzərindən yeddi dəfə, yaxud yeddi tonqalın hər birinin üzərindən bir dəfə tullanmaq lazımdır. Odun üzərindən tullananlar bu sözləri deməlidirlər: "Ağırlığım-uğurluğum odlara". Tonqalı heç vaxt su ilə söndürmək olmaz. Tonqalın özü sönəndən sonra gənc qızlar və oğlanlar tonqalın külünü toplayaraq evdən uzağa atırlar. Bu, o anlama gəlir ki, ailə üzvlərinin tonqalda yanan bütün uğursuzluqları kül ilə birlikdə uzaqlaşdırılır.


Azərbaycanlılar bayram süfrəsini zövqlə bəzəyirlər. Süfrədə "s" hərfi ilə başlayan yeddi yemək, o cümlədən sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Bundan əlavə, süfrəyə güzgü və şam qoyulur, güzgünün qarşısına isə bəzədilmiş yumurta qoyulur. Bunun da simvolik mənası var. Şam od, işıq rəmzi, güzgü isə aydınlıq, şəffaflıq rəmzidir.


Ənənələrə görə, bayramın ilk gecəsi hər kəs evdə olmalıdır. Deyilənə görə, əgər Novruzun ilk günü evdə olmasan, yeddi il evdə görsənməyəcəksən. Qədim adətlərə görə, bayır qapılar bağlanmır. Novruzun ilk gecəsi səhərədək şam yandırılır: sönmüş ocaq, sönmüş şam uğursuzluq əlamətidir.


Novruzu qeyd edərkən, kəndlilər növbəti ilin quraq, yaxud yağıntılı keçəcəyini, məhsuldar olub-olmayacağını müəyyən edirlər. Adətlərə görə, Novruzun ilk günü yaz, ikinci günü yay, üçüncü günü payız, dördüncü günü isə qış hesab edilir. Əgər ilk gün külək və yağışsız olursa, deməli il kənd təsərrüfatı üçün uğurlu keçəcək. Əgər külək olarsa, deməli bütün il bu cür keçəcək. Son üç gündə də ilin qalan fəsillərinin necə keçəcəyi bu yolla müəyyən edilir.

Respublikamızın bəzi bölgələrinində özünə məxsus xüsusiadət-nənələri vardır. QazaxınYuxarı Salahlı kəndində Novruz bayramıbirbaşqa qeyd olunur. Bayram günü kəndin cavanları Salahlıya toplaşır. Gecə saatlarında isə müxtəlif paltarlar geyinir, parik taxır,musiqi sədaları altında qapı-qapı gəzib bayramlaşır və ev sahibindən bayrampayı alırlar. Artıq 20 ildir ki, kənddə Novruz qeyri-adi formada keçirilir. Gənc oğlanlar müxtəlif qadın paltarları geyinib evlərə getməklə həm onları əyləndirir, həm də öz sevdikləri xanımlarıyaxından görə bilirlər. Qadın paltarları ilə yanaşı hərbçi, həkim, küpəgirən qarı və başqa kostyumlar seçənlərdə olur. Kəndlilər bu bayramıSalahlı karnavalı adandırılar. Səhər saatlarına qədər davam edən karnaval, görməyənləri həqiqətən şoka salır.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND