• 21 °C Bakı
  • 18 °C Quba
  • 27 °C Gəncə
  • 25 °C Yevlax
  • 27 °C Naxçıvan

"Donuz qripi" Ermənistana keçib: 10 nəfərdə virus aşkarlanıb

08.01.2019 17:48
291
"Donuz qripi" Ermənistana keçib: 10 nəfərdə virus aşkarlanıb

Ermənistanda 10 nəfərdə “donuz qripi” aşkar edilib.

Ekspress.az “Report”a istinadən xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.


Ermənistan səhiyyə naziri səlahiyyətlərini icra edən Liana Torosyanhadisəyə münasibət bildirərək onu bəsitləşdirməyə çalışıb: “Gəlin, buna “donuz qripi" deməyək. Hazırda Avropada olduğu kimi, Ermənistanda da adi H1N1 virusu yayılıb”.


Ermənistan Səhiyyə Nazirliyi bildirib ki, yanvarın 8-də "donuz qripi" simptomları ilə 642 vətəndaş poliklinikaya müraciət edib, onlardan 597-nə tənəffüs yollarının iltihabı diaqnozu qoyulub.


Qeyd edək ki, Gürcüstanda A (H1N1) virusundan (“donuz qripi”) ölənlərin sayı 11-ə çatıb.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND