Hollandiyadakı atışmada ölənlərin sayı artıb - YENİLƏNİB

18.03.2019 21:11
124
Hollandiyadakı atışmada ölənlərin sayı artıb - YENİLƏNİB

Hollandiyanın Utrext şəhərində tramvayda naməlum şəxsin atəş açması nəticəsində ölənlərin sayı üç nəfərə çatıb.


Ekspress.az xəbər verir ki, polis hadisəni törədən şəxsin olduğu ehtimal edilən bir binanı mühasirəyə alıb.

***


Hollandiyanın Utrext şəhərində tramvayda naməlum şəxsin atəş açması nəticəsində bir nəfər ölüb, bir neçəsi də yaralanıb.


Hadisə yerinə hərbi polis və üç təcili yardım helikopteri cəlb olunub, əraziyə giriş-çıxış məhdudlaşdırılıb.


Yerli KİV-in yazdığına görə, hadisəni törədən şəxs qaçıb.

Polis hadisədə “terror motivləri”nin olduğunu istisna etməyib. Məktəblər, məscidlər, nəqliyyat qovşaqlarında təhlükəsizlik tədbirləri artırılıb.

Hadisə ilə bağlı iki nəfərin axtarıldığı bildirilir. 


Hökumət insidentdən sonra Utrextdə terror ehtimalının xeyli artdığını bildirib. 

Baş nazir Mark Rutte yaranmış böhran vəziyyətinə hazır olmağa çağırıb.

***

Hollandiyanın Utrext şəhərində tramvayda naməlum şəxsin atəş açması nəticəsində bir neçə nəfər yaralanıb.


“Report” “Evening Standard”a istinadən xəbər verir ki, yerli polis sakinləri hadisə yerindən uzaq olmağa çağırıb.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND