Məktəbdə intihar edən şagirdlər - STATİSTİKA AÇIQLADI

08.04.2019 09:56
709
Məktəbdə intihar edən şagirdlər - STATİSTİKA AÇIQLADI

Son bir neçə il ərzində orta məktəblərin inzibati binasında intihar halları baş verib.


Ekspress.az təhsil eksperti Kamran Əsədovun bununla bağlı hazırladığı statistikanı təqdim edir:


  1. 1 oktyabr 2018-ci il, nömrəli tam orta məktəbdən 3-cü sinif şagirdi intihara cəhd edib.
  2. 25 fevralın 2015-ci il: Cəlilabad şəhər 7 saylı orta məktəbdə Məktəbin 7-ci sinif şagirdi, 13 yaşlı şagird özünü məktəbin 3-cü mərtəbəsindən atıb.
  3. 4 aprel 2019-cu il Bakı şəhəri 162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən atıb. Hər 3 hadisə məktəbin 3 cü mərtəbəsində baş verib.


K.Əsədovun sözlərinə görə, bu onu göstərir ki, bu ciddi siqnaldır: "Yəni təzyiqə məruz qalan hər kəs bunu edə bilər. Bunun üçün məktəblərdə psixoloji dəstək gücləndirilməlidir. Şagirdlər arasında aqressiv münasibətlər var.


Baş verən hadisələrdən sonra, Təhsil Nazirliyinə təklif edirəm ki, bütün yüksək mərtəbəli məktəblərə tələb qoysun ki, yuxarı mərtəbələrdə pəncərə bağlanmalı, açıq yer olmamalıdır.


Məktəblərdə ilkin tibbi yardımın göstərilməsi yaxşı səviyyədə təşkil olunmayıb bunu aradan qaldırmaq lazımdır.


Burada tənəffüs vaxtı dəhlizlərdə, xüsusi ilə yuxarı mərtəbələrdə müəllimlər növbətçi kimi dayanmalıdır. Nizam-intizama nəzarət edən növbətçilər olmalıdır.


Yenidən orta məktəblərdə psixoloq xidməti öz aktuallığını gündəmə gətirir ki, bununla bağlı artıq lazımı addımı atmaq lazımdır.


Vəfat etmiş şagirdə Allahdan rəhmət diləyirəm. Uşaqlar ölməməlidir".


Ekspress.az