• 25 °C Bakı
  • 20 °C Quba
  • 20 °C Gəncə
  • 18 °C Yevlax
  • 19 °C Naxçıvan

Naxçıvan şəhər Ticarət və Xidmət Departamenti yaradılıb


09.03.2019 18:14
148
Naxçıvan şəhər Ticarət və Xidmət Departamenti yaradılıb

Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyində “Naxçıvan şəhər Ticarət və Xidmət Departamenti” publik hüquqi şəxsi yaradılıb.


Ekspress.az -ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 9-da bununla bağlı sərəncam imzalayıb.


Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə publik hüquqi şəxsin nizamnaməsini təsdiq etmək və sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND