• 24 °C Bakı
  • 21 °C Quba
  • 27 °C Gəncə
  • 26 °C Yevlax
  • 28 °C Naxçıvan

Notr-Dam kilsəsindəki yanğınla bağlı üç versiya nəzərdən keçirilir

16.04.2019 17:17
222
Notr-Dam kilsəsindəki yanğınla bağlı üç versiya nəzərdən keçirilir

Fransa Daxili İşlər Nazirliyi Paris Notr-Dam kilsəsində baş varən yanğınla bağlı artıq üç əsas versiyanı nəzərdən keçirir.


Ekspress.az xəbər verir ki, əsas versiya kimi yanğının təsadüfən baş verməsi nəzərdən keçirilir. Belə ki, yanğın zamanı tam məhv olan kilsə şpili (uzun qüllə) və ona birləşik hissələrin təmir zamanı yenilənməsi planlaşdırılırdı. Odur ki, yanğının qaynaq aparatından, kabellərdən və ya hansısa kimyəvi maddənin yayılmasından yarana biləcəyi ehtimal edilir.


Amma belə obyektdə təhlükəsizlik texnikasına əməl edilməməsini təsəvvür etmək çətindir. Buna görə də Fransa mətbuatı lap əvvəldən kilsənin qəsdən yandırıldığı versiyasını irəli sürüb (report). Yanğının Parisin rəmzi olan məbəddə Prezident Emanuel Makronun "sarı juletlilər"in nümayişinə qarşı çıxışından bir saat əvvəl başlaması diqqət çəkir.


Üçüncü variant isə terroristlərlə bağlıdır. Yanğın katoliklərin Pasxa bayramından əvvəlki Müqəddəs Həftənin əvvəlində baş verib. Eyni zamanda Fransada son iki ay ərzində 10 kilsə yandırılıb və bu baxımdan Notr-Dam faciəsi təsadüfdən çox müəyyən hadisələr zəncirinin kulminasiyasına daha çox oxşayır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND