Nihat Məmmədli güləş üzrə dünya çempionu olub


03.08.2019 20:59
74
Nihat Məmmədli güləş üzrə dünya çempionu olub

Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə yeniyetmələr arasında dünya çempionatı davam edir.


Azərbaycan Güləş Federasiyasının Mətbuat xidmətindən Ekspress.az - a verilən məlumata görə, beşinci yarış günündə üç yunan-Roma güləşçimiz mübarizə aparıb. Mübarizəyə 1/8 finaldan qoşulan Ziya Babaşov əvvəlcə yerli güləşçini məyus edib. 1/4 finalda Cənubi Afrika təmsilçisinə də göz açmağa imkan verməyən Babaşov yarımfinala yüksəlib. 


Bu mərhələdə hindistanlı rəqibinə də gücünü göstərən Ziya adını finala yazdırıb. Babaşov avqustun 3-də həlledici görüşə çıxıb. İranlı güləşçiylə qarşılaşmada son dəqiqədə üstünlüyü əldən verən Ziya gümüş medalı boynundan asıb.


Nihat Məmmədli debütdə ilk hissədə ukraynalı rəqibinə qalib gəlib. Avropa çempionu daha sonra Türkiyə pəhləvanından güclü olub. Belarus güləşçisini də vaxtından əvvəl üstələyək Nihat yarımfinala vəsiqə qazanıb. Məmmədlinin qarşısında Özbəkistan güləşçisi də duruş gətirməyib və həmyerlimiz finala adlayıb. Həlledici qarşılaşmada Hindistan təmsilçisinə tam üstünlüklə qalib gələn Nihat dünya çempionu olub.


Xasay Həsənli təsnifat mərhələsində Yunanıstan təmsilçisi qarşısında çətinlik çəkməyib. Xasay növbəti görüşdə Estoniya idmançısına heç bir şans tanımayıb. Ancaq Həsənli 1/4 finalda iranlı həmkarına minimal fərqlə uduzub.


48 kq

1/8 final - Ziya Babaşov - İvan Krasimirov Kostov (BUL) 10:2

1/4 final - Ziya Babaşov - Riehan Botha (RSA) 8:0

1/2 final - Ziya Babaşov - Rupin Rupin (İND) 4:1

FİNAL - Ziya Babaşov - Əmirrza Məhəmmədrza Dehbozorqi (İRİ) 1:3


55 kq

Təsnifat - Nihat Məmmədli - Eduard Strilçuk (UKR) 9:0

1/8 final - Nihat Məmmədli - Seyitcan Beytekin (TUR) 10:6

1/4 final - Nihat Məmmədli - Arsen Yanovski (BLR) 8:0 

1/2 final - Nihat Məmmədli - Abror Atabaev (UZB) 7:0

FİNAL - Nihat Məmmədli - Pravin Panduranq Patil (İND) 9:0


65 kq

Təsnifat - Xasay Həsənli - Evangelos Fotios Bukis (GRE) 9:0

1/8 final - Xasay Həsənli - Remo Oyaste (EST) 8:0

1/4 final - Xasay Həsənli - Höcət Həsən Rezai (İRİ) 2:3




Ekspress.az






  • SON XƏBƏR
  • TREND