Sanksiyalardan sonra İran öz adı ilə neft ixrac edə bilmir

19.06.2019 14:12
134
Sanksiyalardan sonra İran öz adı ilə neft ixrac edə bilmir

“Tramp administrasiyasının tətbiq etdiyi sanksiyalardan sonra hazırda İran adı ilə neft ixrac edə bilmirik”.


Bunu İranın neft naziri Bijən Namdar Zəngənə deyib.

O əlavə edib ki, hazırda vəziyyət müharibə dövründə olduğundan da ağırıdır:


“Çünki müharibə dövründə neft ixracatında problemimiz yox idi, Səddam Hüseyn bizim neft qurğularımızı vururdu, biz neft satıb pulunu ala bilirdik, lakin indi proses daha da ağır olub” (APA).


Ekspress.az