Azərbaycanın nar istehsalçılarının əsas problemləri - AÇIQLANDI

21.06.2019 23:07
80
Azərbaycanın nar istehsalçılarının əsas problemləri - AÇIQLANDI


Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (ANİİA) ölkədə fəaliyyət göstərən nar istehsalçılarının əsas mövcud problemlərini açıqlayıb.


Assosiasiyanın sədri Fərhad Qaraşov açıqlamasında bildirib ki, bu gün Azərbaycanda narçıların əsas problemləri maliyyə resurslarına çıxışı bağlıdır.


Onun sözlərinə görə, artıq Assosiasiya bununla bağlı dövlət strukturlarına müraciət edib:


“Kəndlərdə və bölgələrdə maliyyə resurslarına çıxış zamanı tələb olunan girov yalnız paytaxtda olduğu üçün xeyli fermerlər problemlər yaşayırlar”.


O bildirib ki, həmçinin narçıların ikinci əsas problemi maariflənmə ilə bağlıdır:


“Digər problem isə düzgün becərilmə və dərman pestisidlərin keyfiyyətinin aşağı və yuxarı olması ilə bağlıdır. Son zamanlar bununla bağlı bir çox problemlər artıq aradan qaldırılıb. Həmçinin insan resurslarının – aqronomik məsləhətlərin və konsultasiyanın zəif olması da əsas problemlərdən biridir”. 


Ekspress.az

  • SON XƏBƏR
  • TREND