CASCFEN yeni layihənin icrasına başlayıb

06.05.2019 11:26
207
CASCFEN yeni layihənin icrasına başlayıb


Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyi (CASCFEN) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə yardım göstərilməsi” layihəsinin icrasına başlayıb. İctimai Birlikdən verilən məlumata görə, 2019-cu ilin may-avqust aylarını əhatə edəcək layihənin məqsədi orta təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə, orta məktəb rəhbərlərinin və müəllimlərinin KİV haqqında qanunvericiliklə daha yaxından tanış olmasına, KİV-lə iş barədə bilik və bacarıqlarının artırılmasına, KİV-lə əməkdaşlıq mühitinin yaradılmasına yardım göstərməkdən ibarətdir.


Məlumatda deyilir ki, “Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə yardım göstərilməsi” layihəsi çərçivəsində respublikamızın müxtəlif bölgələrində orta məktəblərin rəhbər heyəti və aparıcı pedaqoqlarının, KİV təmsilçilərinin iştirakı ilə “İnformasiya açıqlığının təmin edilməsi” və “Media ilə iş bacarıqları” mövzularında seminarların təşkili nəzərdə tutulur.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND