Formula 1 Bakı Qran-prisinin vaxtı açıqlandı


26.07.2019 10:30
157
Formula 1 Bakı Qran-prisinin vaxtı açıqlandı

Gələn il Formula 1 üzrə Azərbaycan Qran-prisi iyunun 7-də keçiriləcək.


Ekspress.az xəbər verir ki, bu barədə jurnalistlərə Gənclər və İdman naziri Azad Rəhimov açıqlama verib. "Hələ Formula 1-in yeni təqvimi açıqlanmayıb. Amma böyük ehtimalla 5 - 7 iyun tarixləri təsdiqlənəcək", - deyə o bildirib.


Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran-prisi son 3 ildə aprelin ortalarında keçirilib. (report)


Ekspress.az

Açar sözlər: