Bu eks-nazirlərə cinayət işi açılsın – Millət vəkili


10.09.2019 16:21
127
Bu eks-nazirlərə cinayət işi açılsın – Millət vəkili

Siyavuş Novruzovun bu iddialarından sonra Baş Prokurorluq sözügedən “sabiq”lərə qarşı cinayət işi açmalıdır.


Ekspress.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Siyavuş Novruzovun bəzi sabiq məmurların yığdıqları milyonları Azərbaycan əleyhinə sərf etməsi, antiazərbaycançı qüvvələri maliyyələşdirməsi barədə açıqlamasını şərh edərkən deyib. O bildirib ki, bütün bunlar həm də hakim partiyanın daxili məsələləridir:


“Amma Siyavuş Novruzovun çağırışının, ittihamlarının ünvanı bəllidir. Hesab edirəm ki, Siyavuş Novruzovun sözləri kriminal fəaliyyətlə bağlı ciddi mesajdır. Bu mesaj mütləq araşdırılmalıdır. Hüquq-mühafizə orqanları, Baş Prokurorluq tərəfindən S.Novruzovun iddia etdiyi kimi mənimsəmə faktını aydınlaşdırılmalı və cəmiyyətə müəyyən açıqlama verilməlidir. Çünki burada milyardlardan söhbət gedir”. (axar)


Ekspress.az

Açar sözlər: