İntihar edən Elina ilə bağlı ilginc məlumat-"Məktəb direktoru iki saatdan sonra..."

08.04.2019 15:32
3729
İntihar edən Elina ilə bağlı ilginc məlumat-"Məktəb direktoru iki saatdan sonra..."

Məktəbdə intihar edərək vəfat edən Elina ilə bağlı ilginc məlumat-"Məktəb direktoru iki saatdan sonra..."


Ekspress.az xəbər verir ki, 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın vəfatı ilə bağlı Movqe.az-a ilginc məlumat daxil olub.



Movqe.az-ın müxbirinə bu barədə açıqlama verən təhsil üzrə tanınmış ekspert Kamran Əsədov bildirib ki, məktəbin direktoru Sevinc Abbasova Elinanın intiharı barədə dərhal Təcili və Təxirəsalınmaz Tibbi Yardıma müraciət etməyib: "Elina intihar edəndən sonra iki saat o yerdə qalıb. Bu barədə mənə məktəbdən etibarlı mənbə məlumat verib. İki saatdan sonra təcili və təxirəsalınmaz tibbi yardıma müraciət edilibdir. Hadisədən şok yaşayan məktəb rəhbərliyi həyəcandan necə davranacağını bilməyib. İki saatdan sonra təcili yardıma müraciət edildiyindən, qızcığazın həyatını qurtarmaq da görünür mümkün olmayıb.


Vaxtında həkimə müraciət edilsəydi, bəlkə də Elina yaşayacaqdı. Bu fakt mütləq Prokurorluq tərəfindən araşdırılmalıdır".K. Əsədov deyib ki, indiyə qədər Bakı Şəhər Təhsil İdarəsinə 162 saylı məktəblə bağlı çox şikayət daxil olub. Amma o şikayətlərin hamısının üstünü Bakı Təhsil İdarəsinin Daxili Nəzarət sektorunun rəisi bağlayıb.



Ekspress.az

  • SON XƏBƏR
  • TREND