Pep Qvardiola: "Bu hadisədən çox utandım"

12.12.2018 01:21
248
Pep Qvardiola: "Bu hadisədən çox utandım"

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda “Hoffenhaym”la oyun öncəsi keçirtdiyi mətbuat konfransında İngiltərə çempionatında “Çelsi” ilə matçda Rahim Sterlinqə qarşı irqçi hücumuna münasibət bildirib.

 

Ekspress.az xarici KİV-ə istinadən xəbər verir ki, ispan məşqçi qara dərili oyunçusuna qarşı irqçi şüarları pisləyib. ''İrqçilik hər yerdə var. Yalnız futbolda deyil. Biz daha yaxşı bir gələcək üçün birlikdə mübarizə etmək məcburiyyətindəyik. Yalnız İngiltərədə deyil, bütün dünyada irqçilik var. Mən bu hadisədən çox utandım. “Çelsi” klubu bu hadisə ilə bağlı polisə çox kömək etdi. Mən “Çelsi”yə təşəkkür edirəm” – deyən Qvardiola KİV-ləri də ittiham edib.

 

O, bildirib ki, dünyadakı gerçək güc siyasətçilərdə deyil, mediadadır: “İrqçiliklə bağlı məsuliyyət daşıyanlardan biri də mediadir. Sosial mediada hər kəs istədiyini söyləyir. Rahim ictimai mediadan tez-tez istifadə edən bir şəxsdir. Ona yazılanlara çox baş qoşmamasını söylədim. Hər yerdə irqçilik var. Bunun hələ danışılması belə utancdır. Rahim böyük bir insandır. Elə bilirsiniz, sırf qara dərilidir deyə, bu irqçi hücumdan təsirlənəcəkmi? Xeyr'', - deyə “Mançester Siti”nin baş məşqçisi bildirib.

 

Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND