Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılmasında yenilik


13.06.2019 14:34
82
Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılmasında yenilik

Azərbaycanda yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və qadağan edilməsi ilə bağlı yeni hal müəyyən olunub.


Ekspress.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənəkənar plenar iclasında müzakirəyə çıxarılan "Yol hərəkəti haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.


Qanunun 12-ci maddəsinə (yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və qadağan edilməsi) əlavə edilən yeni bəndə əsasən, nəqliyyat vasitələrinin hərəkəti tarix və mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda yol hərəkəti müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə bilər.


Dəyişiklik üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND