"Ə, sən xəstəsən, nəsən?" - Efirdə BELƏ QALMAQAL OLMAMIŞDI


05.07.2019 15:08
152
"Ə, sən xəstəsən, nəsən?" - Efirdə BELƏ QALMAQAL OLMAMIŞDI
Ansamblında musiqiçilərinin adını heç bilmirsən.


Ekspress.az xəbər verir ki, bu iradı Zaur Kamal canlı yayımda aparıcısı olduğu proqramda ansambl rəhbəri Aqşin Tariyeloğluna bildirib.


Aqşin aparıcıya "Nə istəyirsən?" deyərək müraciət edib. Zaur "Onu istəyirəm ki, ansamblda eyni adamlar otursun. Gündə bir adam otuzdurursan" cavabını verib.


Aqşin də "Gedirəm axı, indi toydayam. Ansamblımın yarısı toydadır. İndi mən özümü çatdırıram ora" deyib. Zaur bu sözlərdən əsəbləşib "Sənə kim icazə verir gedirsən ki?" deyərək ansambl üzvlərindən tək-tək ifa etmələrini istəyib:


"Görüm bunlar hələ ifa edə bilirlər ki, burada oturublar".


Zaurun bu addımından qəzəblənən Aqşin "Ə, sən nə danışırsan? Sən xəstəsən, nəsən? Nə danışırsan sən? İfasız şey olar?" deyərək studiyanı tərk edib (milli.az).


Bu olay hər kəsi çaş-baş qoyub. Lakin çox keçmədən Aqşin studiaya qayıdıb və veriliş qaldığı yerdən davam edib.


Qeyd edək ki, verilişdə tez-tez sözləri çəp gələn ikili arasında bu zamana kimi belə olay baş verməmişdi.


Bu da həmin karlar:


"Ə, sən xəstəsən nəsən?" - Efirdə hələ BELƏ QALMAQAL OLMAMIŞDI - FOTO


"Ə, sən xəstəsən nəsən?" - Efirdə hələ BELƏ QALMAQAL OLMAMIŞDI - FOTO


"Ə, sən xəstəsən nəsən?" - Efirdə hələ BELƏ QALMAQAL OLMAMIŞDI - FOTO


Ekspress.az


  • SON XƏBƏR
  • TREND