Milli Məclis BOKT-lar haqqında qanuna dəyişikliyi I oxunuşda qəbul edib


27.06.2019 14:25
91
Milli Məclis BOKT-lar haqqında qanuna dəyişikliyi I oxunuşda qəbul edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Bank olmayan kredit təşkilatları (BOK) haqqında” qanuna dəyişikliklər I oxunuşda qəbul edilib.


Ekspress.az xəbər verir ki, müzakirələrdə çıxış edən Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə son illər BOKT-lara nəzarətin zəiflədiyini bildirib.


“Qanuna ediləcək dəyişiklikər bu sahədə nəzarətin gücləndirilməsinə, lazımi tədbirlərin çevik və effektli tətbiq olunmasına, sağlam korporativ idarəetməyə malik BOKT-ların formalaşmasına imkan verəcək (report). Qanun layihəsində BOKT-ların inzibatçıları və təsisçiləri üçün vətəndaş qüsursuzluğu, inzibatçıların üçün isə attestasiya tələbi müəyyənləşdirilib”, - deputat deyib.


Daha sonra sənəd səsverməyə qoyularaq təsdiqlənib.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND