Rusiyada azərbaycanlı gənc qətlə yetirilib

11.06.2019 17:51
123
Rusiyada azərbaycanlı gənc qətlə yetirilib

Rusiyanın Samara vilayətində azərbaycanlı gənc qətlə yetirilib.


Bu barədə Samaradakı Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimov məlumat verib. Onun sözlərinə görə, qətl hadisəsi iyunun 8-dən 9-na keçən gecə məişət zəminində baş verib. Nəticədə Rusiya vətəndaşı olan həmyerlimiz Elmir Əhmədov bıçaqlanaraq qətlə yetirilib. Daha sonra qatil cəsədi ölən şəxsin "Qazel" markalı yük maşınına qoyaraq kənar əraziyə aparıb və yandırıb.


Hadisədən bir qədər sonra cinayəti törədən şəxs saxlanılıb.


Ş. Kərimov bu gün qətli törətməkdə təqsirli bilinən şəxs barəsində məhkəmənin həbs-qətimkan tədbiri seçəcəyini də söyləyib (APA).


Diaspor rəhbəri mərhum Elmir Əhmədovun Rusiya vətəndaşı olduğunu və ailəsi və qardaşları ilə birlikdə Samara vilayətinin Voxvisneva rayonunda yaşadığını deyib. Elmir Əhmədov fermer təsərrüfatı ilə məşğul olub.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND