• 1 °C Bakı
  • -8 °C Quba
  • 1 °C Gəncə
  • 0 °C Yevlax
  • -8 °C Naxçıvan

İlahiyyatçı prezidentə müraciət etdi

11.02.2019 12:26
108
İlahiyyatçı prezidentə müraciət etdi

İlahiyyatçı Elşad Miri “İslamda yoxdur...” adlı kitabının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qadağan edilməsi ilə bağlı ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb. 


Elşad Miri öz müraciətində kitabının əsassız olaraq qadağan edilməsindən, məzhəbpərəst ekspertin verdiyi qərəzli rəyindən bəhs edib. O, “İslamda yoxdur...” kitabında 7 mövzunun əks olunduğunu bunların hər birinin insanları mövhumatdan, xurafatdan aydınlığa dəvət etdiyini vurğulayıb. 


Müəllif haqqında bəhs olunan kitabında İslamda ölüyə Quran oxumağın, azyaşlı qızların ərə verilməsinin, müvəqqəti nikah kimi təqdim olunan siğənin, sehrin, cadunun, kişilərə veriləcəyi iddia edilən huri anlayışının, seyyidlərin və peyğəmbərlərin günahsızlığının olmadığını Qurana əsaslanaraq yazdığını bildirdiyi kitabının yasaqlanmasına 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Aygün Abdullayevanın haqq qazandırdığını və Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin həmin ədalətsizliyi qüvvədə saxladıqlarını bildirib.


Ekşsd Miri dövlət başçısından problemin həlli üçün komitəyə tapşırıq verməsini xahiş edib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND