Azərbaycanda təhlükəli kolbasalar satılır - Ekspert

09.01.2019 01:10
193
Azərbaycanda təhlükəli kolbasalar satılır - Ekspert

"Xarici ölkədən gətirilən kolbasaların tərkibində kimyəvi qatqılar daha çoxdur".


Ekspress.az xəbər verir ki, bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "musavat.com"a açıqlamasında bildirib.


“Həmin məhsulların uzunmüddətli qalması üçün daha çox kimyəvi qatqılar vururlur ki, bu da insan orqanizmi üçün ziyandır. Bunun üçün də əsasən yerli istehsal olan kolbasa və sosis məhsullarına üstünlük vermək lazımdır.

Yerli istehsala gəldikdə isə hazırda ölkəmizdə 30-a yaxın kolbasa və sosis istehsal edən müəssisə var. Onların arasında standartlara uyğun, ətdən kolbasa istehsal edən də, xüsusi nişanı olmayan müəssisələr də var.

Lakin vaxtaşırı üzərində etiketi olmayan, tərkibi aydın göstərilməyən təhlükəli kolbasalar da satılır. Bu cür məhsulların rəngi daha çox qırımızı, üzəri parlaq olur. Həmin məhsullardan imtina etmək lazımdır”, - deyə E.Hüseynov bildirib.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND