• 29 °C Gəncə
  • 28 °C Yevlax
  • 28 °C Naxçıvan
  • 25 °C Bakı
  • 22 °C Quba

Bu il Ani Ödəniş Sisteminin ilk mərhələsi istifadəyə veriləcək

16.05.2019 15:35
26
Bu il Ani Ödəniş Sisteminin ilk mərhələsi istifadəyə veriləcək

“Azərbaycanda bu ilin sonunda Ani Hesablama Sisteminin fiziki şəxslər arasında hesablaşmanı nəzərdə tutan qismi istifadəyə veriləcək”.


Ekspress.az - ın məlumatına görə, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova “Maliyyə və Texnologiyalar Samiti”ndə (“Fintex Summit”) “Dövət Proqramı – rəqəmsallaşmaya gedən yol” mövzusunda çıxışında bildirib.


K. Qurbanova deyib ki, növbəti ildən Ani Hesablama Sisteminin hüquqi şəxslər arasında hesablaşmanı və digər mərhələləri nəzərdə tutan qismi istifadəyə veriləcək: “Ani ödəniş sistemi inkişaf etmiş ölkələr tərəfindən qəbul olunur (ONA). Ani ödəniş sisteminin əsas məqsədi 7/24, yəni əməliyyatın aparıldığı dövrdə hesablaşmaların başa çatdırılmasıdır”.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND