Paşinyandan tərəfdarlarına yeni təlimat: Dayandırın!

20.05.2019 14:50
154
Paşinyandan tərəfdarlarına yeni təlimat: Dayandırın!

Ermənistan Baş naziri Nikol Paşinyan öz tərəfdarlarını bütün məhkəmələrin giriş-çıxışlarından çəkilməyə səsləyib.


Ekspress.az xəbər verir ki, bu bəyanatını Paşinyan Feysbuk səhifəsində yayıb. O, məhkəmələrin qarşısından 13:30 çəkilmək tapşırığını verib.


Paşinyan aksiyanın müvəqqəti xarakter daşıdığını və əsas məqsədinin xalqın tələbəni çatdırmaq olduğunu deyib (axar.az).


Qeyd edək ki, bu gün səhərdən N.Paşinyan R.Köçəryanın azad edilməsinə etiraz olaraq xalqı məhkəmələrin giriş-çıxışını bağlamağa səsləmiş və tərəfdarları da bunu icra etmişdilər.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND