Sumqayıtda polis leytenantı özünü güllələdi


19.07.2019 10:50
659
Sumqayıtda polis leytenantı özünü güllələdi

Sumqayıt şəhərində polis əməkdaşının güllələnmiş halda meyitinin tapılması hadisəsi ilə bağı cinayət işi açılıb.


Ekspress.az xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin 1995-ci il təvəllüdlü cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Rəhman Hüseynlinin xidməti otağında ölmüş vəziyyətdə aşkar olunması hadisəsi ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.


Faktla bağlı araşdırmalar davam etdirilir (publika).


Ekspress.az


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND