Hey­dər Əli­ye­vin di­as­por qu­ru­cu­lu­ğun­da ro­lu

11.12.2018 20:16
360
Hey­dər Əli­ye­vin di­as­por qu­ru­cu­lu­ğun­da ro­lu

Dün­ya azər­bay­can­lı­la­rı­nın va­hid təş­ki­lat­lar çər­çi­və­sin­də cəm­ləş­mə­si və təş­ki­lat­la­na­raq mil­li di­as­po­ra çev­ril­mə­si ulu ön­dər Hey­dər Əli­ye­vin adı ilə bağ­lı­dır. O bu mü­qəd­dəs ide­ya­nın ger­çək­ləş­mə­si na­mi­nə, Azər­bay­can döv­lət­çi­li­yi ki­mi mü­qəd­dəs qa­yə ət­ra­fın­da sıx bir­ləş­mə­si üçün hər şe­yi et­miş­di.


Ulu ön­dər 31 de­kabr - Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­lik Gü­nü mü­na­si­bə­ti­lə xa­ri­ci öl­kə­lər­də ya­şa­yan soy­daş­la­rı­mı­za mü­ra­ci­ət­lə­rin­dən bi­rin­də de­yir­di: "Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­lik Gü­nü­nün döv­lət bay­ra­mı ki­mi qeyd edil­mə­si xal­qı­mı­zın mil­li azad­lıq mü­ba­ri­zə­si­nin mən­ti­qi nə­ti­cə­si ola­raq ar­tıq xoş ənə­nə­yə çev­ril­miş­dir. Qə­dim və zən­gin ta­ri­xə ma­lik olan Azər­bay­can xal­qı­nın dir­çə­li­şi­ni, tə­rəq­qi­si­ni və mil­li bir­li­yi­ni əks et­di­rən, onu müs­tə­qil döv­lət­çi­lik uğ­run­da mü­qəd­dəs və mə­su­liy­yət­li mü­ba­ri­zə­yə sə­fər­bər edən həm­rəy­lik gü­nü hər bir azər­bay­can­lı üçün inam və ümid anı­dır. Hal-ha­zır­da dün­ya­nın müx­tə­lif öl­kə­lə­rin­də mil­yon­lar­la soy­da­şı­mız ya­şa­yır, iş­lə­yir, fəa­liy­yət gös­tə­rir. Bu­na bax­ma­ya­raq, on­la­rın mil­li-mə­nə­vi var­lı­ğı­nı ya­şa­dan ye­ga­nə bir döv­lət var. Bu, müs­tə­qil, su­ve­ren Azər­bay­can Res­pub­li­ka­sı­dır. Dün­ya azər­bay­can­lı­la­rı­nın bir­li­yi və həm­rəy­li­yi ide­ya­sı­nın əsa­sı­nı da məhz Azər­bay­can döv­lət­çi­li­yi­nə, xal­qı­mı­zın di­li­nə, di­ni­nə, mil­li-mə­nə­vi var­lı­ğı­na və ümum­bə­şə­ri də­yər­lə­rə hör­mət, on­la­rın da­im qo­run­ma­sı­na, ya­şa­ma­sı­na qay­ğı təş­kil edir" (xalq­qa­ze­ti.com).


Si­ya­si eks­pert­lər bil­di­rir­lər ki, ulu ön­dər xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın bir­li­yi və təş­ki­lat­lan­ma­sı mə­sə­lə­si­ni da­im diq­qət mər­kə­zin­də sax­la­yıb və Azər­bay­can di­as­por cə­miy­yət­lə­ri­nin prob­lem və qay­ğı­la­rı­na bö­yük həs­sas­lıq­la ya­na­şıb. Dai­ma di­as­por təş­ki­lat­la­rı­na öz töv­si­yə­lə­ri­ni ve­rən ulu ön­dər həm­və­tən­lə­ri­mi­zi Azər­bay­ca­nın ic­ti­mai-si­ya­si, iq­ti­sa­di və mə­də­ni hə­ya­tın­da fə­al ol­ma­ğa is­ti­qa­mət­lən­di­rib. Ey­ni za­man­da Hey­dər Əli­yev öz uzaq­gö­rən­li­yi və müd­rik­li­yi ilə xa­ri­ci si­ya­sə­tin stra­te­ji hə­dəf­lə­ri­ni mü­əy­yən­ləş­di­rər­kən, müa­sir dövr­də hər bir döv­lə­tin qüd­rə­ti­nin yal­nız iq­ti­sa­di re­surs­lar­la de­yil, həm də onun xa­ric­də for­ma­laş­dır­dı­ğı di­as­por və lob­bi­nin gü­cü ilə öl­çül­dü­yü­nü nə­zə­rə alıb. Əs­lin­də bü­tün bun­la­rın nə­ti­cə­si­dir ki, Azər­bay­ca­nın mil­li bay­ram­la­rı sı­ra­sı­na bir möh­tə­şəm ta­rix də əla­və olun­muş­dur: 31 De­kabr - Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­lik Gü­nü (ses­qa­ze­ti.az).


Ulu ön­dər dün­ya­nın müx­tə­lif öl­kə­lə­rin­də ya­şa­yan soy­daş­la­rı­mı­zın və həm­və­tən­lə­ri­mi­zin müs­tə­qil Azə­bay­can Res­rub­li­ka­sı ilə əla­qə­lə­ri­nin da­ha da möh­kəm­lən­di­ril­mə­si, dün­ya azər­bay­can­lı­la­rı ara­sın­da mə­nə­vi, si­ya­si bir­li­yin və həm­rəy­li­yin tə­min olun­ma­sı, Azər­bay­can ic­ma­la­rı, cə­miy­yət və bir­lik­lə­ri­nin fəa­liy­yə­ti­nin güc­lən­di­ril­mə­si və əla­qə­lən­di­ril­mə­si­nin ət­raf­lı mü­za­ki­rə­si­nin zə­ru­ri­li­yi­ni nə­zə­rə ala­raq 2001-ci ilin may ayı­nın 23-də xü­su­si sə­rən­cam im­za­la­dı və hə­min sə­rən­ca­ma uy­ğun ola­raq 2001-ci il no­yab­rın 9-10-da Ba­kı­da ke­çi­ril­miş Dün­ya azər­bay­can­lı­la­rı­nın I qu­rul­ta­yı soy­daş­la­rı­mı­zın azər­bay­can­çı­lıq ide­ya­sı ər­ta­fın­da sıx bir­ləş­mək­lə təş­ki­lat­lan­ma­sı ba­xı­mın­dan ta­ri­xi əhə­miy­yət kəsb et­di. Məhz bu ad­dım di­as­por hə­rə­ka­tı­nın in­ki­şa­fın­da ye­ni mər­hə­lə­nin baş­lan­ğı­cı­nı qoy­du.


Dün­ya azər­bay­can­lı­la­rı­nın I qu­rul­ta­yın­da Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti Hey­dər Əli­ye­vin nit­qin­dən: "Dün­ya azər­bay­can­lı­la­rı­nın I qu­rul­ta­yı­nın ke­çi­ril­mə­si həm Azər­bay­can üçün, həm də bü­tün dün­ya azər­bay­can­lı­la­rı üçün çox bö­yük əhə­miy­yət kəsb edir. Azər­bay­can­lı­lar dün­ya­da ge­dən miq­ra­si­ya pro­se­si nə­ti­cə­sin­də bir çox öl­kə­lə­rə sə­pə­lən­miş­lər. Bu, tə­bii bir pro­ses­dir, onun qar­şı­sı­nı al­maq ol­maz, al­maq da la­zım de­yil və ümu­mən müs­bət xa­rak­ter da­şı­yır. Çün­ki hər bir mil­lət, hər bir xalq yal­nız öz doğ­ma tor­pa­ğı çər­çi­və­sin­də, mil­li məh­du­diy­yət şə­rai­tin­də ya­şa­ya bil­məz. Bi­zim və­zi­fə­miz, Azər­bay­can döv­lə­ti­nin və­zi­fə­si on­dan iba­rət­dir ki, bü­tün öl­kə­lər­də ya­şa­yan azər­bay­can­lı­la­ra müm­kün olan qay­ğı­nı, diq­qə­ti gös­tər­sin, on­la­rın hə­ya­tı ilə ma­raq­lan­sın və döv­lə­ti­miz­lə ay­rı-ay­rı öl­kə­lər­də olan Azər­bay­can ic­ma­sı ara­sın­da əla­qə­lə­ri da­ha da in­ki­şaf et­dir­sin. Azər­bay­ca­nın xa­ri­cin­də ya­şa­yan azər­bay­can­lı­lar isə gə­rək, in­di müs­tə­qil Azər­bay­can ilə da­ha da sıx əla­qə­lər qur­sun­lar. Biz in­di bö­yük məm­nu­niy­yət­lə qeyd edə bi­lə­rik ki, dün­ya­nın bir çox öl­kə­lə­rin­də - Av­ro­pa­da, Şi­ma­li Ame­ri­ka­da ar­tıq bö­yük Azər­bay­can ic­ma­la­rı ya­ra­nıb­dır. Son il­lər bu pro­ses su­rət­lə ge­dir. Gü­man edi­rəm ki, məhz müs­tə­qil Azər­bay­ca­nın var­lı­ğı bu həm­rəy­li­yin in­ki­şa­fı­nın əsa­sı­nı təş­kil edir. Biz is­tə­yi­rik ki, müx­tə­lif öl­kə­lər­də ya­şa­yan azər­bay­can­lı­lar hə­min öl­kə­lə­rin və­tən­da­şı ki­mi, is­tə­dik­lə­ri ki­mi ya­şa­sın­lar. An­caq heç vaxt öz mil­li kök­lə­ri­ni, mil­li mən­su­biy­yət­lə­ri­ni itir­mə­sin­lər, da­im öz mil­li-mə­nə­vi də­yər­lə­ri­nə, mil­li kök­lə­ri­nə sa­diq ol­sun­lar. Bi­zim bu qu­rul­ta­yı ke­çir­mək­də məq­sə­di­miz məhz bun­dan iba­rət ol­muş­dur. Gü­man edi­rəm ki, qu­rul­tay nü­ma­yən­də­lə­ri, dün­ya­nın bir çox uzaq öl­kə­lə­rin­dən Azər­bay­ca­na, doğ­ma Və­tə­nə gəl­miş soy­daş­la­rı­mız bu­ra­da, qu­rul­tay gün­lə­rin­də bir-bi­ri ilə da­ha da sıx ün­siy­yət­də ola­caq­lar, bir-bi­ri­ni an­la­ma­ğa ça­lı­şa­caq­lar, müx­tə­lif öl­kə­lər­də olan ic­ma­la­rın bir di­as­por ki­mi for­ma­laş­ma­sın­da da­ha fə­al iş­ti­rak edə­cək­lər və Azər­bay­can ilə dün­ya­da, di­gər öl­kə­lər­də olan azər­bay­can­lı­la­rın əla­qə­lə­ri­ni möh­kəm­lən­di­rə­cək­lər".


Qeyd edək ki, qu­rul­tay­dan son­ra Azər­bay­can di­as­por hə­rə­ka­tı ta­ma­mi­lə ye­ni mər­hə­lə­yə qə­dəm qoy­du. Hey­dər Əli­yev bu sa­hə­də sis­tem­li döv­lət si­ya­sə­ti­nin hə­ya­ta ke­çi­ril­mə­si­ni tə­min et­mək məq­sə­di­lə 2002-ci il­də "Xa­ri­ci öl­kə­lər­də Ya­şa­yan Azər­bay­can­lı­lar­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin ya­ra­dıl­ma­sı ba­rə­də" fər­man im­za­la­dı. Ko­mi­tə­nin ya­ra­dıl­ma­sı xa­ric­də­ki Azər­bay­can cə­miy­yət­lə­ri­nin, bir­lik­lə­ri­nin və dər­nək­lə­ri­nin fəa­liy­yə­ti­nin va­hid mər­kəz­dən ko­or­di­na­si­ya­sı­na, ha­be­lə on­la­rın döv­lət qay­ğı­sı ilə əha­tə olun­ma­sı­na ge­niş im­kan­lar ver­di və dün­ya azər­bay­can­lı­la­rı­nın kon­so­li­da­si­ya­sın­da, di­as­por­dan lob­bi­yə doğ­ru in­ki­şa­fın­da ye­ni mər­hə­lə­nin baş­lan­ğı­cı­nı qoy­du. Ar­tıq dün­ya azər­bay­can­lı­la­rı is­tə­dik­lə­ri vaxt öz pay­taxt­la­rı­na gə­lə və öz prob­lem­lə­ri­ni mü­za­ki­rə edə bi­lər­di­lər. Ko­mi­tə qı­sa bir müd­dət­də dün­ya­nın müx­tə­lif öl­kə­lə­rin­də ya­şa­yan soy­daş­la­rı­mı­zın azər­bay­can­çı­lıq ide­ya­sı və Azər­bay­can döv­lə­ti ət­ra­fın­da bir­ləş­mə­si is­ti­qa­mə­tin­də xey­li iş gör­mə­yə mü­vəf­fəq ol­du.


2002-ci il­də Mil­li Məc­lis­də qə­bul olun­muş "Xa­ric­də ya­şa­yan soy­daş­la­rı­mı­za döv­lət qay­ğı­sı haq­qın­da" qa­nun xa­ric­də­ki azər­bay­can­lı­la­ra döv­lət qay­ğı­sı­nın hü­qu­qi əsas­la­rı­nı mü­əy­yən­ləş­dir­di. Hə­min qa­nu­na əsa­sən, xa­ric­də ya­şa­yan, fəa­liy­yət gös­tə­rən soy­daş­la­rı­mı­zın hü­quq­la­rı Azər­bay­can döv­lə­ti sə­viy­yə­sin­də qo­ru­nur. Ey­ni za­man­da, im­kan­lı azər­bay­can­lı­la­rın öl­kə iq­ti­sa­diy­ya­tı­na sər­ma­yə qoy­ma­sı üçün qa­nun­da ver­gi, göm­rük gü­zəşt­lə­ri nə­zər­də tu­tu­lur. Bu qa­nun öl­kə­mi­zin di­as­por və lob­bi qu­ru­cu­lu­ğu sa­hə­sin­də­ki fəa­liy­yə­ti­nin hü­qu­qi əsas­la­rı­nı və prin­sip­lə­ri­ni mü­əy­yən­ləş­di­rən mü­hüm sə­nəd ki­mi təq­di­rə­la­yiq­dir. Ha­zır­da Azər­bay­can di­as­po­ru­nun dün­ya­nın müx­tə­lif öl­kə­lə­rin­də 300-dən çox bir­lik, cə­miy­yət və as­so­sia­si­ya­sı fəa­liy­yət gös­tə­rir. Ha­zır­da Hey­dər Əli­ye­vin si­ya­si kur­su­nu onun la­yiq­li da­vam­çı­sı İl­ham Əli­yev tə­rə­fin­dən da­vam et­di­ri­lir. Öl­kə baş­çı­sı "Dün­ya azər­bay­can­lı­la­rı­nın II qu­rul­ta­yı­nın ke­çi­ril­mə­si haq­qın­da" 8 fev­ral 2006-cı il ta­rix­li sə­rən­ca­mın­da vur­ğu­la­yıb ki, dün­ya azər­bay­can­lı­la­rı­nın müs­tə­qil döv­lə­ti­miz və va­hid məq­səd ət­ra­fın­da bir­ləş­di­ril­mə­si ide­ya­sı­nın mü­əl­li­fi məhz ümum­mil­li li­der Hey­dər Əli­yev­dir: "Yal­nız güc­lü di­as­po­ra ma­lik xalq­lar xa­ri­ci si­ya­sət­də mü­hüm uğur­lar qa­za­nır, dün­ya miq­ya­sın­da mə­na­fe­lə­ri­ni hər za­man la­yi­qin­cə qo­ru­yur, ümum­mil­li prob­lem­lə­ri­nin həl­li­nə na­il olur, öz di­li­ni, mə­də­niy­yə­ti­ni, in­cə­sə­nə­ti­ni, ta­ri­xi­ni la­zı­mi sə­viy­yə­də təb­liğ edir­lər. Ümum­mil­li li­de­ri­mi­zin irə­li sür­dü­yü azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­sı mil­li mən­su­biy­yə­ti, mil­li-mə­nə­vi də­yər­lə­ri qo­ru­yub sax­la­ma­ğa, ey­ni za­man­da, on­la­rın ümum­bə­şə­ri də­yər­lər­lə sin­te­zin­dən, in­teq­ra­si­ya­sın­dan bəh­rə­lən­mə­yə, hər bir in­sa­nın in­ki­şa­fı­nı tə­min et­mə­yə yö­nəl­miş uni­ver­sal və mil­li-fəl­sə­fi dün­ya­gö­rü­şü for­ma­sı­dır. Azər­bay­can­çı­lıq döv­rün, za­ma­nın tə­lə­bin­dən irə­li gə­lən, gü­nü­mü­zün ger­çək­lik­lə­ri­ni özün­də əks et­di­rən ha­kim döv­lət ideo­lo­gi­ya­sı­dır" (Trend).


Fəl­sə­fə dok­to­ru İs­ma­yıl Ağa­yev qeyd edir ki, Azər­bay­ca­nın bir əsr­dən çox çar Ru­si­ya­sı­nın tər­ki­bin­də qal­ma­sı xal­qı­mı­zın bü­töv­lü­yü­nü təs­diq­lə­yən ideo­lo­gi­ya­nın, mil­li mən­lik şüu­ru­nun, hət­ta ma­raq­la­rı­nın for­ma­laş­ma­sı­na mən­fi tə­sir gös­tə­rir­di (azer­bay­can­li.org). Onun söz­lə­ri­nə gö­rə, ötən əs­rin əv­vəl­lə­rin­də ya­ran­mış küt­lə­vi ideo­lo­gi­ya­lar at­mos­fe­rin­də xal­qı­mız türk­çü­lük və is­lam­çı­lıq ara­sın­da se­çim edə bil­mir­di. Hət­ta 1918-ci il­də müs­tə­qil­li­yi­ni elan et­miş ADR döv­rün­də də dün­ya azər­bay­can­lı­la­rı­nı bir hə­dəf ət­ra­fın­da bir­ləş­di­rə bi­lə­cək, xal­qı­mı­zın və döv­lə­ti­mi­zin mil­li ma­raq­la­rı­nı mü­da­fiə edə­cək ideo­lo­ji kon­sep­si­ya iş­lə­nib ha­zır­lan­ma­mış­dı. "Xalq Cüm­hu­riy­yə­ti­nin qu­ru­cu­la­rın­dan olan Fə­tə­li xan Xoys­ki, Əli­mər­dan bəy Top­çu­ba­şov, Nə­sib bəy Yu­sif­bəy­li, mil­li özü­nü­dərk prob­le­mi­ni si­ya­si müs­tə­vi­yə qal­dır­mış Nə­ri­man Nə­ri­ma­nov və baş­qa­la­rı mil­lə­ti­mi­zi mil­li-mə­nə­vi plan­da bir­ləş­di­rə, mil­li döv­lət qur­maq məq­sə­di­nə ça­ta bil­mə­di­lər. On­lar ümu­ma­zər­bay­can ide­ya­sı­nı ak­tu­al­laş­dı­ra­raq Şi­ma­li və ya Cə­nu­bi Azər­bay­can hü­dud­la­rı­nı aşa bil­mir­di­lər. Keç­miş SSRİ dö­nə­min­də isə və­ziy­yət da­ha acı­na­caq­lı idi. Slav­yan xalq­la­rı qa­nun­pə­rəst, gür­cü­lər və­tən­pər­vər, er­mə­ni­lər da­ha çox rus­la­ra sa­diq xalq ki­mi ta­nın­dı­ğı vaxt­da azər­bay­can­lı­la­ra qar­şı ögey mü­na­si­bət bəs­lə­nir­di. Am­ma 1969-cu il­də Azər­bay­can rəh­bər­li­yi­nə gəl­miş Ümum­mil­li li­der Hey­dər Əli­yev bu ste­reo­ti­pi tə­fək­kür­lər­dən bir­də­fə­lik sil­di. Hey­dər Əli­ye­vin ida­rə­çi­li­yi döv­rün­də çox­say­lı azər­bay­can­lı­nın döv­lət iş­lə­ri­nə cəlb olun­ma­sı nə­ti­cə­sin­də xal­qı­mı­zın ic­ti­mai, el­mi, zi­ya­lı eli­tar tə­bə­qə­si for­ma­laş­dı. Gö­rün­dü­yü ki­mi, Ümum­mil­li li­der Hey­dər Əli­yev hə­lə so­vet dö­nə­min­də xal­qı­mı­zın, döv­lə­ti­mi­zin bü­töv­lü­yü­nü təş­kil edən ideo­lo­gi­ya­nın bü­növ­rə­si­ni qoy­muş­du.


Hal-ha­zır­da dün­ya­da 50 mil­yon­dan ar­tıq azər­bay­can­lı ya­şa­yır. On­la­rın bö­yük bir his­sə­si İran­da, Tür­ki­yə­də, Ru­si­ya­da, Uk­ray­na­da, Al­ma­ni­ya­da, ABŞ-da, Fran­sa­da, Hin­dis­tan­da, Pa­kis­tan­da və di­gər öl­kə­lər­də məs­kun­la­şıb. Məhz bu miq­yas­da "so­si­al güc"ün va­hid hə­dəf ət­ra­fın­da bir­ləş­di­ril­mə­si və öl­kə­nin ma­raq­la­rı na­mi­nə komp­leks hə­rə­kə­ti­nin tə­min edil­mə­si üçün xalq güc­lü ira­də­yə, ra­sio­nal dü­şün­cə­yə ma­lik li­de­rə və ideo­lo­gi­ya­ya eh­ti­yac du­yur­du. Mil­lə­ti ye­ni geo­si­ya­si şə­ra­it­də dün­ya mil­lət­lə­ri li­qa­sı­na və si­ya­sət are­na­sı­na çı­xa­ra bi­lə­cək ye­ga­nə şəx­siy­yət isə ulu ön­dər Hey­dər Əli­yev idi. 90-cı il­lə­rin əv­vəl­lə­rin­dən eti­ba­rən ulu ön­dər Hey­dər Əli­yev Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı­nın Ali Məc­li­si­nin səd­ri ki­mi SSRİ dö­nə­min­də baş­la­dı­ğı işi da­vam et­dir­di. Ümum­mil­li li­der Hey­dər Əli­yev il­kin ad­dım ki­mi 1991-ci il de­kab­rın 16-da dün­ya azər­bay­can­lı­la­rı­nı va­hid məq­səd ət­ra­fın­da bir­ləş­dir­mək məq­sə­din­də sti­mul ro­lu­nu oy­na­ya­caq "Hər il de­kab­rın 31-də Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­lik və Mil­li Bir­lik gü­nü­nün ke­çi­ril­mə­si haq­qın­da" cə­sa­rət­li bir qə­ra­rı qə­bul et­di".


Rə­şid RƏ­ŞAD

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND