Məktəbin qarşısında Elinanın ölümü ilə əlaqədar anım mərasimi keçirilir

12.04.2019 11:33
449
Məktəbin qarşısında Elinanın ölümü ilə əlaqədar anım mərasimi keçirilir

Səbail rayonu 162 saylı orta məktəbin qarşısında həmin məktəbin intihar edən şagirdi Elina Hacıyevanın ölümü ilə əlaqədar anım mərasimi keçirilir.


Ekspress.az -ın xəbərinə görə, anım mərasimində sadə insanlar, digər məktəblərdən gəlmiş bir neçə müəllim və başqaları iştirak edir.


Məktəbin həyətinin giriş hissəsinə gül dəstələri, oyuncaqlar və mərhum şagirdin fotoları düzülüb.

Hazırda anım mərasimi davam edir (report).


Ekspress.az