"Xəstə olduğum üçün məni xınaya çağırmırlar" - Tünzalə

15.06.2019 17:26
70
"Xəstə olduğum üçün məni xınaya çağırmırlar" - Tünzalə

Xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva artıq xına məclislərinə dəvət edilmədiyini söyləyib.


Ekspress.az xəbər verir ki, lent.az-ın canlı yayımına qonaq olan aktrisa biznesinin bağlandığını deyib:


"Xəstəliyim olan gündən xınalara çağırmadılar. Yəqin, valideynlər deyir ki, bu xəstə gəlib bizə nə arzu edəcək? Ayaqüstəyəm, danışa bilirəm. Təkcə saçım yoxdur. Nə olsun? Toya gedirsən ən az 5 nəfərin başında parikdir. Onsuz xınada yaylıq örtürəm. Yenə də onları qınamıram. Amma bu iş məndə bağlandı. Əminəm ki, xəstəliklə bağlı oldu".


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND