Azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­sı

bir­li­yi­mi­zin əsa­sı­dır

03.08.2018 10:17
593
Azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­sıbir­li­yi­mi­zin əsa­sı­dır

Dün­ya azər­bay­can­lı­la­rı­nın va­hid ide­ya ət­ra­fın­da bir­ləş­mə­si­ni şərt­lən­di­rən əsas ideo­lo­ci ba­xış­lar­dan bi­ri də azər­bay­can­çı­lıq­dır. Azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­sı 

ilk də­fə ola­raq 1991-ci ilin 16 de­kab­rın­da Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı­nın Ali Məc­li­si tə­rə­fin­dən qə­bul edi­lən "Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­lik və Bir­lik gü­nü" ilə bağ­lı qə­rar­da öz ək­si­ni ta­pır.


Hə­min il­lər­də Ali Məc­li­sə Ümum­mil­li li­der Hey­dər Əli­yev rəh­bər­lik edir­di. Mux­tar Res­pub­li­ka­nın ali or­qa­nı qə­bul et­di­yi qə­rar­da 31 de­kabr dün­ya azər­bay­can­lı­la­rı­nın həm­rəy­lik və bir­lik gü­nü elan olun­du. Bu ta­rix hər il bay­ram ki­mi qeyd edil­mə­yə baş­la­nıl­dı. Son­ra­lar isə Mil­li Məc­li­sin qə­ra­rı ilə bü­tün res­pub­li­ka­da həm­rəy­lik gü­nü ki­mi qeyd olu­nur.


Dün­ya azər­bay­can­lı­la­rı­nın təş­ki­lat­lan­ma­sı, müs­tə­qil Azər­bay­can ilə si­ya­si, iq­ti­sa­di, mə­də­ni və mə­nə­vi əla­qə­lə­rin in­ki­şaf et­di­ril­mə­si son də­rə­cə önəm­li mə­sə­lə­lər­dən­dir. Azər­bay­can­da 31 de­kabr dün­ya azər­bay­can­lı­la­rı­nın həm­rəy­li­yi gü­nü­nün bay­ram ki­mi qeyd olun­ma­sı ümu­mi mil­li di­as­po­run for­ma­laş­ma­sın­da, Azər­bay­can lob­bi­si­nin in­ki­şa­fın­da baş­lı­ca mə­qam­lar­dan bi­ri olub. Bu gü­nün ta­ri­xi bi­la­va­si­tə bu iş­lə­rin tə­şəb­büs­ka­rı və hə­min ta­ri­xi qə­ra­ra im­za at­mış şəxs - Hey­dər Əli­ye­vin adı ilə bağ­lı­dır. Bəl­kə də məhz bu hal xa­ric­də ya­şa­yan soy­daş­la­rı­mız tə­rə­fin­dən Hey­dər Əli­ye­vin Azər­bay­can­da ha­ki­miy­yə­tə gəl­dik­dən son­ra gör­dü­yü iş­lə­rə diq­qə­ti ar­tır­mış, Azər­bay­can döv­lə­ti­nin var­lı­ğı­na və gə­lə­cə­yi­nə inam və ümid­lər ya­rat­mış, on­la­rın ta­ri­xi Və­tən­lə əla­qə­lə­ri­nin ge­niş­lən­mə­si­nə sə­bəb olub.


Azər­bay­canç­lıq ideo­lo­gi­ya­sı 2008-ci il­də qə­bul edi­lən Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­lik Xar­ti­ya­sın­da da­ha yığ­cam məz­mun al­dı. Xar­ti­ya­da qeyd edi­lir ki, azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­sı ta­ri­xi-si­ya­si amil­lə­rin təs­ni­fa­tı­nı, xa­ric­də ya­şa­yan soy­daş­la­rı­mı­zın hü­quq və azad­lıq­la­rı­nın qo­run­ma­sı sa­hə­sin­də Azər­bay­can döv­lə­ti­nin qar­şı­sın­da du­ran və­zi­fə­lə­ri, on­la­rın Azər­bay­can Res­pub­li­ka­sı­na mü­na­si­bət­də üzə­ri­nə dü­şən mə­nə­vi öh­də­lik­lə­ri, azər­bay­can­lı an­la­yı­şı­nın so­si­al-fəl­sə­fi məz­mu­nu­nu mü­əy­yən­ləş­di­rən kon­sep­si­ya ki­mi nə­zər­də tu­tu­lur. 


Bu­ra­da da­ha son­ra bil­di­ri­lir ki, ümum­mil­li li­der Hey­dər Əli­yev tə­rə­fin­dən döv­lət si­ya­sə­ti sə­viy­yə­si­nə yük­səl­di­lən azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­sı mil­lə­tin və döv­lə­tin pers­pek­tiv in­ki­şa­fı­nın də­yiş­məz kon­sep­si­ya­sı ki­mi, mil­li in­ki­şa­fın mə­də­ni-ta­ri­xi də­yər­lə­ri­ni ya­şat­maq­la ya­na­şı, stra­te­ci in­ki­şa­fın əsas yol­la­rı­nı və is­ti­qa­mət­lə­ri­ni mü­əy­yən­ləş­di­rir, mil­li di­li­mi­zin, mə­də­niy­yə­ti­mi­zin və mil­li-mə­nə­vi də­yər­lə­ri­mi­zin in­ki­şaf et­di­ril­mə­sin­də öz ək­si­ni ta­pır. Bü­tün bun­lar həm öl­kə­da­xi­li və re­gio­nal, həm də qlo­bal xa­rak­ter­li və­ziy­yət­lər­də öl­kə­nin də­yiş­mək­də olan ro­lu­nu ba­şa düş­mək­lə for­ma­la­şan mil­li ideo­lo­ci mo­del komp­lek­si­ni tə­cəs­süm et­di­rir.


Xar­ti­ya­da bil­di­ri­lir ki, azər­bay­can­çı­lıq məf­ku­rə­sin­də et­nik mən­su­biy­yə­tin­dən ası­lı ol­ma­ya­raq öl­kə­miz­də və xa­ri­ci döv­lət­lər­də ya­şa­yan bü­tün və­tən­daş­la­ra, soy­daş­la­ra və həm­və­tən­lə­rə hər­tə­rəf­li hü­qu­qi və mə­nə­vi ba­xım­dan bə­ra­bər mü­na­si­bət var. Bu xü­su­siy­yət bir da­ha azər­bay­can­çı­lıq məf­ku­rə­si­nin döv­lət­çi­lik tə­fək­kü­rü­nə əsas­lan­dı­ğı­na də­la­lət edir. Döv­lət­çi­lik ide­ya­sı, döv­lət müs­tə­qil­li­yi­mi­zin əbə­di­li­yi və dön­məz­li­yi fik­ri, Azər­bay­can Res­pub­li­ka­sı­nın bü­tün azər­bay­can­lı­la­rın mil­li sər­və­ti, bü­tün soy­daş­la­rı­mı­zın və­tə­ni he­sab edil­mə­si azər­bay­can­çı­lı­ğın mü­hüm me­yar­la­rın­dan­dır. Bu kon­sep­tu­al ide­ya öz­lü­yün­də əhə­miy­yət­li ol­maq­la bə­ra­bər, xa­ric­də ya­şa­yan soy­daş­la­rı­mı­zın öl­kə­miz­lə hər­tə­rəf­li əla­qə­lə­ri­nin in­ki­şa­fı, on­la­rın müx­tə­lif ma­raq­la­rı­nın hü­qu­qi tə­mi­na­tı üçün də ge­niş əsas ya­ra­dır. 

Azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­sı Azər­bay­can di­li­ni, is­lam mə­nə­viy­ya­tı­nı, res­pub­li­ka­nın mil­li-et­nik ger­çək­li­yi­ni, müa­sir də­yər­lə­rə ma­lik Azər­bay­can və­tən­daş­la­rı­nı və özü­nü bu öl­kə ilə bağ­la­yan soy­daş­la­rın va­hid bir­li­yi­ni eh­ti­va edir. 


"Ulu ön­dər da­im vur­ğu­la­yır­dı ki, azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­sı re­al müs­tə­qil­li­yə na­il ol­maq, va­hid, bö­lün­məz Azər­bay­ca­nı qo­ru­yub sax­la­maq və möh­kəm­lən­dir­mək üçün va­si­tə­dir. Hey­dər Əli­ye­vin fəl­sə­fi ba­xış­la­rı­na gö­rə, azər­bay­can­çı­lıq mil­li mən­su­biy­yə­ti, mil­li-mə­nə­vi də­yər­lə­ri qo­ru­yub sax­la­maq, ey­ni za­man­da, on­la­rın ümum­bə­şə­ri də­yər­lər­lə sin­te­zin­dən, in­teq­ra­si­ya­sın­dan bəh­rə­lən­mək de­mək­dir". Bu fi­kir­lə­rin mü­əl­li­fi olan Mil­li Məc­li­sin de­pu­ta­tı Ra­fa­el Cəb­ra­yı­lov 2011-ci il­də "Xalq qə­ze­ti" qə­ze­tin­də dərc edi­lən mə­qa­lə­sin­də qeyd edir ki, xal­qı­mı­zın mil­li-mə­nə­vi də­yər­lə­ri­ni həm mü­da­fiə et­mə­yi, həm də qo­ru­yub sax­la­ma­ğı ba­ca­ran, döv­lət­lə və­tən­daş­la­rın mə­na­fe­yi­ni üz­vi şə­kil­də bir­ləş­di­rən azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­sı öl­kə­də və­tən­daş bir­li­yi və va­hid so­si­um üçün uğur­lu tə­məl­dir. 


R.Cəb­ra­yı­lov vur­ğu­la­yır ki, Azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­sı dün­ya azər­bay­can­lı­la­rı­nın va­hid ide­ya ət­ra­fın­da bir­ləş­mə­si­ni şərt­lən­di­rən ta­ri­xi-si­ya­si amil­lə­rin təs­ni­fa­tı­nı, xa­ric­də ya­şa­yan soy­daş­la­rı­mı­zın hü­quq və azad­lıq­la­rı­nın qo­run­ma­sı sa­hə­sin­də döv­lə­tin qar­şı­sın­da du­ran və­zi­fə­lə­ri, on­la­rın Azər­bay­ca­na mü­na­si­bət­də üzə­ri­nə dü­şən mə­nə­vi öh­də­lik­lə­ri, ha­be­lə azər­bay­can­lı an­la­yı­şı­nın so­si­al-fəl­sə­fi məz­mu­nu­nu mü­əy­yən­ləş­di­rən kon­sep­si­ya­dır. Onun fik­rin­cə, azər­bay­can­çı­lıq mil­lə­tin­dən ası­lı ol­ma­ya­raq, özü­nü azər­bay­can­lı sa­yan və­tən­daş­la­rın həm­rəy­li­yi üçün möh­kəm is­ti­nad mən­bə­yi, ideo­lo­ci bü­növ­rə­dir. Bu ideo­lo­gi­ya­nın po­zi­tiv xa­rak­te­ri həm də bü­tün dün­ya­ya sə­pə­lən­miş 50 mil­yon­dan ar­tıq azər­bay­can­lı­nı va­hid ide­al­lar na­mi­nə sə­fər­bər et­mək qüd­rə­ti ilə mü­əy­yən olu­nur. Mil­lət və­ki­li bil­di­rir ki, mil­li-mə­nə­vi, is­la­mi-əx­la­qi, dün­yə­vi-hu­ma­ni­tar də­yər­lə­ri, Şərq və Qərb mə­də­niy­yət­lə­ri­nin dia­lo­qu­nu, türk­çü­lük və av­ro­pa­çı­lıq me­yil­lə­ri­ni, ta­ri­xi tə­ka­mül­də va­ris­lik və tə­rəq­qi­çi­li­yi, ün­siy­yət bir­li­yi­ni ahəng­dar şə­kil­də eh­ti­va edən azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­sı məhz bu­na gö­rə də müx­tə­lif coğ­ra­fi re­gi­on­lar­da, so­si­al-si­ya­si sis­tem­lər­də, mə­də­ni mü­hit­lər­də for­ma­laş­mış di­as­po­ru­muz üçün cəl­be­di­ci­dir.


Cəb­ra­yı­lov he­sab edir ki, azər­bay­can­çı­lı­ğı şərt­lən­di­rən ən mü­hüm amil­lər­dən bi­ri də mil­li ənə­nə­dir: "Mil­li dü­şün­cə sis­te­mi­nin ge­ne­tik qay­na­ğı olan azər­bay­can­çı­lı­ğın in­ki­şaf sti­mul­ya­to­ru da məhz ənə­nə­dir. Ənə­nə uzun əsr­lə­rin sı­na­ğın­dan ke­çə­rək ta­ri­xi təc­rü­bə­ni yı­ğır, xal­qın müd­rik­li­yi, onun mə­nə­vi mə­də­niy­yə­ti və s. amil­lər bu an­la­yış­da ifa­də olu­nur. O, keç­miş­lə gə­lə­cə­yi əla­qə­lən­di­rir, et­no­kul­tu­ro­lo­ci möv­cud­lu­ğu qo­ru­yur. Bu ənə­nə­lər xal­qın keç­di­yi zən­gin ta­ri­xi yo­lun mü­tə­rəq­qi ya­şam təc­rü­bə­si­ni özün­də qo­ru­yub sax­la­yır. De­mə­li, azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­sı həm də xal­qın ta­ri­xən ta­pın­dı­ğı mü­tə­rəq­qi ənə­nə­lə­ri gə­lə­cək nə­sil­lə­rə ötü­rən mə­nə­vi kör­pü­dür. Azər­bay­can­çı­lı­ğın gü­cü, ey­ni za­man­da, fər­di ma­raq və me­yil­lə­ri döv­lət si­ya­sə­ti ilə bir­ləş­dir­mək, xal­qın mil­li-mə­də­ni ey­niy­yə­ti­ni qo­ru­yub sax­la­maq im­kan­la­rı ilə öl­çü­lür".


R.Cəb­ra­yı­lov qeyd edir ki, döv­lət­çi­lik hiss­lə­ri­nə ma­lik ol­ma­yan xalq mil­li döv­lə­ti­ni in­ki­şaf et­di­rə bil­məz. Bu mə­na­da, azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­sı mil­lə­ti, xal­qı, döv­lə­ti qəl­bən sev­mə­yi, onun na­mi­nə yo­rul­ma­dan ça­lış­ma­ğı bü­tün ma­hiy­yə­ti ilə təş­viq edir. Xal­qın mil­li var­lı­ğı­nı ifa­də edən rəmz­lə­rə, adət-ənə­nə­lə­rə, ali mə­nə­vi də­yər­lə­rə yük­sək sə­da­qət, ana di­li­nə mə­həb­bət, bə­şə­ri ide­al­la­ra hör­mət azər­bay­can­çı­lı­ğın mil­li ma­hiy­yə­ti­ni aç­maq­la ya­na­şı, onun hu­ma­nist sə­ciy­yə da­şı­dı­ğı­nı gös­tə­rir. O bil­di­rir ki, azər­bay­can­çı­lı­ğın əsa­sın­da yer alan ün­siy­yət bir­li­yi isə va­hid ana di­li­miz va­si­tə­si­lə hə­ya­ta ke­çi­ri­lir. Azər­bay­can di­li mil­li­li­yin ifa­də va­si­tə­si ol­du­ğu üçün azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­sı­nın kom­po­nen­ti ki­mi çı­xış edir.


Onun fik­rin­cə, ümum­mil­li li­der Hey­dər Əli­ye­vin Və­tən və xalq qar­şı­sın­da gös­tər­di­yi bö­yük xid­mət­lər­dən bi­ri də mil­li döv­lət­çi­li­yi­mi­zin möh­kəm­lən­di­ril­mə­si ba­xı­mın­dan çox əhə­miy­yət­li olan azər­bay­can­çı­lıq ide­ya­sı­nı irə­li sür­mə­si, onu mil­li di­as­po­run təş­ki­lat­lan­ma­sı üçün ideo­lo­ci tə­mə­lə çe­vir­mə­si­dir: "Ümum­mil­li li­der xa­ri­ci öl­kə­lə­rə sə­fər­lə­ri za­ma­nı azər­bay­can­lı­lar­la çox­say­lı gö­rüş­lər ke­çir­miş, xa­ric­də ya­şa­yan soy­daş­la­rı­mı­zı da­im mil­li ide­ya ət­ra­fın­da bir­ləş­mə­yə, təş­ki­lat­lan­ma­ğa, ic­ma­lar, mil­li cə­miy­yət­lər ya­rat­ma­ğa səs­lə­yib. Ulu ön­dər da­im həm­və­tən­lə­ri­mi­zi ya­şa­dıq­la­rı öl­kə­nin ic­ti­mai-si­ya­si hə­ya­tın­da fə­al iş­ti­rak et­mə­yə, ey­ni za­man­da, Və­tən­lə - doğ­ma Azər­bay­can­la sıx əla­qə sax­la­ma­ğa, bir an da ol­sun Azər­bay­ca­nı təm­sil et­dik­lə­ri­ni unut­ma­ma­ğa ça­ğı­rıb". 


R.Cəb­ra­yı­lov he­sab edir ki, Azər­bay­can döv­lə­ti dün­ya azər­bay­can­lı­la­rı­nın po­ten­si­al im­kan­la­rı­nı cəm­lə­mək, müs­tə­qil döv­lət qu­ru­cu­lu­ğu pro­se­sin­də mey­da­na çı­xan müx­tə­lif prob­lem­lə­rin həl­li­nə yö­nəlt­mək, da­ha sıx əla­qə­lər ya­rat­maq, mil­li bir­li­yə na­il ol­maq is­ti­qa­mə­tin­də ar­dı­cıl və sis­tem­li iş apa­rıb: "Mil­li həm­rəy­li­yi­mi­zin nü­ma­yi­şi­nin ən yük­sək zir­və­lə­rin­dən bi­ri 2001-ci ilin no­yab­rın 9-10-da Ba­kı­da Dün­ya Azər­bay­can­lı­la­rı­nın I Qu­rul­ta­yı­nın ke­çi­ril­mə­si olub. Ümum­mil­li li­der Hey­dər Əli­ye­vin 2001-ci il ma­yın 23-də im­za­la­dı­ğı sə­rən­ca­ma əsa­sən, ke­çi­ri­lən bu qu­rul­tay dün­ya­nın müx­tə­lif öl­kə­lə­rin­də ya­şa­yan soy­daş­la­rı­mı­zın və həm­və­tən­lə­ri­mi­zin müs­tə­qil Azər­bay­can Res­pub­li­ka­sı ilə əla­qə­lə­ri­nin da­ha da möh­kəm­lən­di­ril­mə­si, dün­ya azər­bay­can­lı­la­rı ara­sın­da bir­li­yin, həm­rəy­li­yin tə­min olun­ma­sı, ha­be­lə Azər­bay­can ic­ma­la­rı, cə­miy­yət və bir­lik­lə­ri­nin fəa­liy­yə­ti­nin güc­lən­di­ril­mə­si və əla­qə­lən­di­ril­mə­si üçün şə­ra­it ya­ra­dıb".


Mil­lət və­ki­li xa­tır­la­dır ki, ümum­mil­li li­der Hey­dər Əli­yev hə­min ta­ri­xi təd­bir­də­ki çı­xı­şın­da dün­ya azər­bay­can­lı­la­rı ara­sın­da mil­li bir­li­yin və həm­rəy­li­yin tə­min edil­mə­si, Azər­bay­can döv­lə­ti ilə dün­ya azər­bay­can­lı­la­rı­nın əla­qə­lə­ri­nin möh­kəm­lən­di­ril­mə­si, qar­şı­ya çı­xan prob­lem­lə­rin həl­lin­də səy­lə­rin bir­ləş­di­ril­mə­si, Azər­bay­can di­li­nin və mil­li-mə­nə­vi də­yər­lə­ri­mi­zin qo­ru­nub sax­la­nıl­ma­sı, in­ki­şaf et­di­ril­mə­si zə­ru­rə­ti ilə bağ­lı töv­si­yə xa­rak­ter­li fi­kir­lə­ri­ni söy­lə­yib. 


Va­sif CƏ­FƏ­ROV

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND