Aqrar sığorta mexanizmi üçün 3 ildə lazım olan subsidiyanın məbləği açıqlanıb


03.05.2019 14:42
261
Aqrar sığorta mexanizmi üçün 3 ildə lazım olan subsidiyanın məbləği açıqlanıb

"Kənd təsərrüfatı riskli sahə olduğundan sığortaedənlər bu sahəni sığortalamağa meyilli olmurlar. Buna görə də sığorta şirkətlərinin dövlət dəstəyinə ehtiyacı var".


Ekspress.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Aqrar sığorta haqqında" qanun layihəsinin müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli bildirib.


“Subsidiyanın ayrılması ilə bağlı ilk il 8,5 mln. manat, ikinci il 12,5 mln. manat, üçüncü il 10 mln. manat, ümumilikdə isə 3 il ərzində 31 mln. manata ehtiyac olacaq. Düşünürəm ki, il ərzində orta hesabla 10 mln. manat subsidiya elə də böyük məbləğ deyil, təki aqrar sığorta mexanizmi işləməyə başlasın”, - Ə.Məsimli əlavə edib.


Qeyd edək ki, yeni qanun aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.


Ekspress.az

Açar sözlər: