Bakıda binadakı yanğın söndürüldü - VİDEO 

20.08.2019 14:39
55
Bakıda binadakı yanğın söndürüldü - VİDEO 

Fövqəladə Hallar Nazirliyi (FHN) Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.


FHN-dən bildiriblər ki, Yasamal rayonunda onaltımərtəbəli yaşayış binasında şaxta boyunca elektrik naqilləri 30 poqonometr uzunluğunda yanıb. Yanğın zamanı binanın 17 sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər və elektrik sayğacları yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


(unikal)


Ekspress.az


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND